SON DƏQİQƏ

Parlamentdə partlayıcı qurğu aşkarlanıb

Tarix:

3-05-2017, 08:22

/ 4 022 dəfə oxundu.
Parlamentdə partlayıcı qurğu aşkarlanıb

Makedoniya parlamentində kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkarlanıb.  

 "RİA Novosti”yə istinadən verilən xəbərə görə, partlayıcı qurğu ötən gün axşam saatlarında binanın birinci mərtəbəsindəki dəhlizlərdən birində aşkarlanıb. Polis aşkarlanmış partlayıcı qurğunu zərərsizləşdirib.
 
Ötən axşam parlamentin qarşısında etiraz aksiyası keçirilib. DİN insidentlə bağlı hələlik heç bir şərh verməyib.
 
Qeyd edək ki, aprelin 27-də  "Vahid Makedoniya uğrunda” hərəkatın üzvləri Makedoniya parlamentinə basqın edərək müxalifət lideri Zoran Zayevə və onun rəhbərlik etdiyi Sosial-Demokratik İttifaqı (SDİ) təmsil edən bir neçə deputata xəsarətlər yetiriblər. İnsident etnik alban Tələt Cəfərinin parlament spikeri vəzifəsinə təsdiq edilməsindən  sonra baş verib. Cəfərinin parlament spikeri seçilməsi ölkədə iğtişaşlara səbəb olub. Parlamentdəki qarşıdurma zamanı polis əməkdaşları və parlamentarilər də daxil olmaqla 100-dən çox insan xəsarət alıb. 

GUNAZ.az

скачать dle 12.1

Şərhlər