SON DƏQİQƏ
» » Şöbə müdirinin adam öldürməsi ilə bağlı DİN-dən açıqlama

Şöbə müdirinin adam öldürməsi ilə bağlı DİN-dən açıqlama

Tarix:

1-05-2017, 14:08

/ 1 758 dəfə oxundu.
Şöbə müdirinin adam öldürməsi ilə bağlı DİN-dən açıqlama

Daxili İşlər Nazirliyi Bakıda məmurun xidməti avtomobili ilə törətdiyi yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
Nazirliyin yaydığı məlumata görə, aprelin 30-da saat 21 radələrindən Pirallahı rayonunun Dübəndi qəsəbəsi ərazisində Bakı şəhər sakini Fazil Hüseynov idarə etdiyi "Niva” markalı avtomobillə yolu keçən Vaqif Rzayevi vurub, nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Pirallahı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

***
09:14
 Pirallahı-Bakı istiqamətində 1966 təvəllüdlü Fazil Bakir oğlu Hüseynovun idarə etdiyi "Niva” markalı, 90 AX 642 nömrə-nişanlı avtomobillə piyada, 1955-ci il təvəllüdlü Vaqif İsmayıl oğlu Rzayev vurulub.

Piyada aldığı xəsarətdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, "Niva” markalı avtomobil Pirallahı rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinə məxsusdur. Hadisəni törədən şəxs isə orada şöbə müdiri işləyir.

 

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ