SON DƏQİQƏ

Qarabağ veteranının evi YANDI

Tarix:

30-04-2017, 17:47

/ 2 562 dəfə oxundu.
Qarabağ veteranının evi YANDI

Salyan rayonunun Xələc kəndində yanğın hadisəsi baş verib.
48 yaşlı kənd sakini, Qarabağ veteranı Zaman Məmmədəli oğlu Məmmədova məxsus 1 otaqlı, 1 eyvanlı fərdi yaşayış evi anidən alovlanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Salyan Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub və yanğın söndürülüb. Buna baxmayaraq, 42 kvadratmetr sahəsi olan ev içindəki əşyalarla birlikdə yanaraq kül olub. Yanğının nədən qaynaqlandığı hələ ki, məlum deyil./report
Faktla bağlı araşdırma aparılır.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər