SON DƏQİQƏ
» » Sabunçuda əməliyyat: silahlı şəxslər saxlanıldı

Sabunçuda əməliyyat: silahlı şəxslər saxlanıldı

Tarix:

29-04-2017, 16:43

/ 3 054 dəfə oxundu.
Sabunçuda əməliyyat: silahlı şəxslər saxlanıldı

Bakının Sabunçu rayonunda silah-sursatın aşkar olması ilə bağlı əməliyyat keçirilib.
Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zabrat qəsəbəsi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Heydər Murtuzovdan AK-74 markalı silah, 26 ədəd patron və 1 patron darağı götürülüb.
Daha bir əməliyyat Nardaran qəsəbəsində keçirilib. 42-ci polis bölməsi əməkdaşları tərəfindən Nardaran qəsəbəsi ərazisində nömrəsi silinmiş İJ-54 markalı ov tüfəngi və 58 ədəd avtomat patronu tapılıb.
Bundan başqa, Balakən rayon polis şöbəsi əməkdaşları tərəfindən Tülü kənd sakini Aslan Çukqurayevdən müvafiq sənədləri olmayan İJ-58 markalı tüfəng götürülüb.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ