SON DƏQİQƏ
» » Xalasını qətlə yetirənə 20 il həbs istədilər

Xalasını qətlə yetirənə 20 il həbs istədilər

Tarix:

24-04-2017, 14:24

/ 3 841 dəfə oxundu.
Xalasını qətlə yetirənə 20 il həbs istədilər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda və qətldə təqsirləndirilən Ramil Əbilovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istintaqı zamanı da sübuta yetirildiyini deyib.
O, R. Əbilovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil Elman Ağayev çıxış üçün məhkəmədən vaxt istəyib.
Proses mayın 8-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə ötən il iyulun 22-də Sumqayıt şəhərində baş verib. R. Əbilov ögey xalası Gülyaz Musayevanın mənzilinə gələrək, onu xüsusi amansızlıqda öldürüb və oradan 800 manat pul və bir ədəd kompüter aparıb.

GUNAZ.az


 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ