SON DƏQİQƏ
» » 84 yaşlı qadını iplə boğaraq öldürən gəncə hökm oxunub

84 yaşlı qadını iplə boğaraq öldürən gəncə hökm oxunub

Tarix:

20-04-2017, 19:50

/ 3 383 dəfə oxundu.
84 yaşlı qadını iplə boğaraq öldürən gəncə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İlham Aslanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə İ.Aslanov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, cinayət hadisəsi ötən il Qubada baş verib. 2016-cı ilin iyun ayının 27-də Quba Rayon Polis Şöbəsinə şübhəli şəxs qismində gətirilmiş Amsar kənd sakini 1998-ci il təvəllüdlü İ.Aslanov izahatında cari il mart ayının 21-də qarət məqsədi ilə şəhər sakini, 84 yaşlı Gülpəri Musayevanın evinə girməsini və onu iplə boğaraq öldürməsini etiraf edib.
O həmçinin bildirib ki, öldürdüyü 84 yaşlı qadının evindən 103 manat pul aparıb. Hüquq-mühafizə orqanı əməkdaşlarının iştirakı ilə G.Musayevanın meyiti eksqumasiya edilib. Hadisəni törədən İ.Aslanov tutularaq istintaqa cəlb edilib.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ