SON DƏQİQƏ

Bakıda uçqun: 2 ölü, 4 yaralı

Tarix:

12-04-2017, 16:57

/ 3 860 dəfə oxundu.
Bakıda uçqun: 2 ölü, 4 yaralı

Bakıda binada baş verən uçqun hadisəsi nəticəsində ölən və yaralananların sayı açıqlanıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, ilkin məlumata görə, hadisə yerində 6 nəfər olub. Onlardan 1 nəfərə yerində yardım göstərilib, 3 nəfər Klinik Tibbi Mərkəzinə aparılıb.
2 nəfər isə hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, Paytaxtın Səbail rayon Şıx qəsəbəsində, "Green City” istirahət mərkəzində tikilməkdə olan binada uçqun baş verib.
Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırda xilasetmə işləri davam etdirilir.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ