SON DƏQİQƏ
» » Bakıda kütləvi dava - iki nəfər bıçaqlandı - FOTO

Bakıda kütləvi dava - iki nəfər bıçaqlandı - FOTO

Tarix:

11-04-2017, 08:08

/ 3 617 dəfə oxundu.
Bakıda kütləvi dava - iki nəfər bıçaqlandı - FOTO

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnmiş kütləvi dava olub.
 Hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, Asif Məhərrəmov küçəsində yerləşən yaşayış binasının önündə 4 nəfər arasında kütləvi dava baş verib. Nəticədə 1990-cı il təvəllüdlü Həsənov Xansu və 1988-ci il təvəllüdlü Səbuhi Ağayev bıçaqlanıb.
X.Həsənov çoxlu qan itirdiyindən yaxınlıqda yerləşən M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.
S.Ağayev isə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.(
Report)
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ