SON DƏQİQƏ

Hindistanda qız Mauqli tapıldı - Foto

Tarix:

9-04-2017, 06:42

/ 2 833 dəfə oxundu.
Hindistanda qız Mauqli tapıldı - Foto

Hindistanın şimalında yerləşən Bəhreç bölgəsindəki meymunlarla dolu Katarnaqat meşəsində qız uşağı tapılıb.
Axar.az xəbər verir ki, polis tərəfindən tapılan qız xəstəxanaya yerləşdirilib. Həkimlər qızın bədənində ciddi yaraların olduğunu bildiriblər.
Onun körpəlikdən meymunlarla qaldığı düşünülür.
8 yaşı olduğu ehtimal edilən qız danışa bilmir, insanları gördükdə qaçır və meymun kimi əl-qol hərəkətləri edir.
İki aydır davam edən müalicələr nəticəsində o, yemək yeməyi öyrənib.
Hazırda onun meymunlarla nə zamandan bəri yaşadığı və valideynlərinin kimliyi haqda axtarışlar davam edir.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ