SON DƏQİQƏ
» » Misir mətbuatı bəyanat yaydı - Soyqırımı ilə bağlı

Misir mətbuatı bəyanat yaydı - Soyqırımı ilə bağlı

Tarix:

31-03-2017, 08:35

/ 4 027 dəfə oxundu.
Misir mətbuatı bəyanat yaydı - Soyqırımı ilə bağlı

Azərbaycanın Misirdəki səfirliyinin 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanatı bu ölkənin "Yaxın Şərq” rəsmi xəbərlər agentliyi, nüfuzlu "Əl-Cumhuriyyə”, "Masress” və "Moheet” qəzetləri tərəfindən yayılıb.

Bəyanatda xalqımızın tarixində baş vermiş soyqırımı aktlarından, Azərbaycan torpaqlarının 1813-cü il "Gülüstan” və 1828-ci il "Türkmənistan” müqavilələri əsasında parçalanmasından, Azərbaycan xalqının öz tarixi torpaqlarından qovulmasından danışılır, 1918-ci ilin martında ermənilər tərəfindən törədilmiş soyqırımı haqqında geniş məlumat verilir.
Sənəddə Birinci Dünya müharibəsinin sonlarında baş vermiş hadisələrdən və Rusiyadakı bolşevik inqilabından yararlanan ermənilərin 1918-ci ilin 31 mart axşamı Bakıda və digər şəhərlərdə azərbaycanlılara qarşı törətdikləri soyqırımı, İslam abidələrini və ibadət ocaqlarını yandırdıqları, şəhərləri viran qoyduqları barədə məlumatlar əksini tapıb. Bəyanatda, həmçinin 1905–1907-ci illərdə çar Rusiyasının hakim dairələri tərəfindən himayə olunan və istiqamətləndirilən erməni millətçilərinin azərbaycanlılara qarşı apardığı etnik təmizləmə, genişmiqyaslı qətllər və vəhşiliklər də barədə məlumatlar da yer alıb.
1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranmasından sonra Nazirlər Kabineti tərəfindən xüsusi komissiya yaradıldığı, həmin ilin martında baş vermiş hadisələrin və törədilmiş cinayətlərin araşdırıldığı, 1919-1920-ci illərdə 31 mart gününün ölkədə milli matəm günü kimi qeyd olunduğu vurğulanıb.
Bildirilib ki, 1920-ci ildə Qafqazın şimalında baş verən dəyişikliklərdən istifadə edən ermənilər Azərbaycan torpaqlarını Ermənistan Sovet Sosialist Respublikasına birləşdirib, 1948-1953-cü illərdə 150 min azərbaycanlı həmin torpaqlardan çıxarılıb.
1992-ci ildə Ermənistan ilə Azərbaycan arasında münaqişənin həlli üçün ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdikləri Minsk qrupunun vasitəçiliyi ilə sülh danışıqlarının başlanması və 20 ildən çox davam etməsi barədə məlumat verilib. Vurğulanıb ki, Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe səbəbindən sülh danışıqları heç bir nəticə verməyib. İşğalçı dövlət BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi qətnamələrə məhəl qoymur.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ