SON DƏQİQƏ

Şamaxıda ev, Xaçmazda isə talvar yanıb

Tarix:

31-03-2017, 04:00

/ 3 657 dəfə oxundu.
Şamaxıda ev, Xaçmazda isə talvar yanıb

Şamaxı və Xaçmazda yanğın hadisəsi qeydə alınıb. 
FHN-nin saytına istinadən verilən xəbərə görə, Şamaxı rayonu, Sabir qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan 1 mərtəbəli 4 otaqlı mənzilin dam örtüyünün yanar konstruksiyaları və evə bitişik digər vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan 1 mərtəbəli 6 otaqlı mənzilin dam örtüyünün yanar konstruksiyaları 8 m2 sahədə yanıb. Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub.  
Xaçmaz rayonu, Suxtaqalaqışlaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan talvarın yanar konstruksiyaları 10 m2 sahədə və altına yığılmış 50 ədəd taxta taralar yanıb. Yanğından talvarın qalan hissəsi və yaxınlıqdakı tikililər mühafizə olunub. 

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ