SON DƏQİQƏ
» » İcra başçısı müavininin arvadı özünü asdı-Azərbaycanda

İcra başçısı müavininin arvadı özünü asdı-Azərbaycanda

Tarix:

30-03-2017, 18:58

/ 6 917 dəfə oxundu.
İcra başçısı müavininin arvadı özünü asdı-Azərbaycanda

Qəbələ rayonunda 44 yaşlı qadın intihar edib.

 Qəbələ Rayon Polis Şöbəsindən verilən məlumata görə, 1973-cü il təvəllüdlü Natəvan Allahverdiyeva Elman qızı Nohurqışlaq qəsəbəsində yerləşən evində özünü asaraq itnihar edib.
Qəbələ Rayon Prokurorluğundan bildirilib ki, özünü öldürən qadın Qəbələ rayon icra başçısının müavini Arif Allahverdiyevin arvadıdır. Qeyd olunur ki, meyit müayinə olunmaq üçün ekspertizaya göndərilib.
Qəbələ rayon prokuroru Məqsəd Orucov, polis şöbəsinin rəhbərliyi və müstənqitlər hazırda hadisə yerindədirlər. İntiharın səbəbi hələ ki, məlum deyil.(Qafqazinfo)

 

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ