SON DƏQİQƏ

Londonda terror hücumu - Foto+Yeniləndi

Tarix:

23-03-2017, 09:47

/ 3 940 dəfə oxundu.
Londonda terror hücumu - Foto+Yeniləndi

Böyük Britaniyada parlament yaxınlığında atışma olub.
 Bu barədə "Reuters” xəbər agentliyi məlumat yayıb.
İnsident Vestminster körpüsündə yaşanıb. Hadisə yerindən olan "Reuters” əməkdaşının sözlərinə görə, atışma nəticəsində 10-dan çox adam yaralanıb.
Sky News-un məlumatına görə, hadisə zamanı 12 nəfər yaralanıb.
Təhlükəsizlik xidmətinin əməkdaşları ərazini nəzarətə götürüb. Havada polis helikopterinin olduğu vurğulanıb.
***
Britaniya parlamentinin icmalar palatasının lideri David Lidington parlamentin həyətində polis zabitinin bıçaqlandığını deyib.
 CNN TÜRK-ə istinadən xəbər verilir ki, o, həmçinin polisə hücum edən şəxsin "polis tərəfindən vurulduğunu" bildirib.
Şahidlər yaralılara tibbi yardımın göstərildiyini və parlamentin həyətində biçaqlı bir şəxsi gördüklərini deyiblər.
Eyni zaman parlamentin yanında yerləşən Westminster körpüsündə bir maşının 5 nəfəri vurduğu deyilir.
Parlament işçilərinə içəridə qalmalarına əmr verildiyi bildirilir. BBC-nin müxbiri Laura Kuenssberg bildirir ki, polis ona kiminsə silahlı atəşlə vurulduğunu bildirib.
Westminster metro stansiyası və parlamentə gedən yollar polisin əmri ilə bağlanıbdır.
London polisi parlament binası yaxınlığında baş verən hadisəni terror olayı kimi qiymətləndirib. Təhlükəsizliyin gücləndirilməsi üçün əlavə tədbirlər görülür.

Gunaz.az

Londonda terror hücumu - Foto+Yenilənib
Londonda terror hücumu - Foto+Yenilənib
Londonda terror hücumu - Foto+Yenilənib
Londonda terror hücumu - Foto+Yenilənib
Londonda terror hücumu - Foto+Yenilənib
Londonda terror hücumu - Foto+Yenilənib
Londonda terror hücumu - Foto+Yenilənib
Londonda terror hücumu - Foto+Yenilənib
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ