SON DƏQİQƏ

Salyan rayonunda 5 otaqlı ev yandı

Tarix:

23-03-2017, 01:36

/ 3 730 dəfə oxundu.
Salyan rayonunda 5 otaqlı ev yandı

Salyan rayonunda yanğın olub.  
Gunaz.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə rayonun Xıdırlı kəndində qeydə alınıb. Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 169 kvadrat metr olan birmərtəbəli 5 otaqlı evin 1 otağının və mətbəxinin tavanı 21 kvadrat metr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ