SON DƏQİQƏ
» » Xəzərdə batan balıqçılar belə xilas edildilər - VİDEO

Xəzərdə batan balıqçılar belə xilas edildilər - VİDEO

Tarix:

11-03-2017, 13:08

/ 6 268 dəfə oxundu.
Xəzərdə batan balıqçılar belə xilas edildilər - VİDEO


Ötən gün Xəzərdə batma təhlükəsi ilə üzləşən balıqçılar FHN əməkdaşları tərəfindən xilas edilməsinin kadrları yayılıb.

 FHN-ə istinadən xəbər verilir ki, helikopter vasitəsi ilə balıqçılar dənizdən sağ-salamat xilas ediliblər.
10 mart 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə sahildən 150 km uzaqda dənizə balıq tutmaq məqsədi ilə çıxan balıqçıların qayığının deşilərək içərisinə su dolması və batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Aviasiya Dəstəsinin 1 ədəd helikopteri xilasedicilər qrupu ilə birlikdə hadisə yerinə cəlb edilib.
Görülmüş operativ xilasetmə əməliyyatı nəticəsində balıqçılar - Əliyev Nəbi Abdulla oğlu, Axundov Loğman Ərəstun oğlu, Əliyev Azər Nəbi oğlu və Quliyev Bəxtiyar Aydın oğlu xilas olunublar. Balıqçılar FHN-in Aviasiya Dəstəsinin helikopteri ilə sahilə gətirilib.


скачать dle 12.1

Şərhlər