SON DƏQİQƏ

Qasırğa 38 nəfərin həyatına son qoydu

Tarix:

11-03-2017, 05:30

/ 4 501 dəfə oxundu.
Qasırğa 38 nəfərin həyatına son qoydu

Madaqaskarda "Enavo” qasırğasının qurbanlarının sayı 38 nəfərə çatıb, 180 nəfər xəsarət alıb.

 RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə, bundan əvvəl 5 nəfərin öldüyü bildirilirdi.

Məlumata əsasən, təbii fəlakətlə əlaqədar 116 min nəfər evlərini tərk etmək məcburiyyətində qalıb. Hökumət 53 minə yaxın insan üçün müvəqqəti sığınacaq yerləri təşkil edib.

"Enavo” qasırğası Madaqaskarın şimal-şərq sahillərində fəsadlar törədib. Qeyd edək ki, təbii fəlakət zamanı küləyin surəti saatda 300 km-ə çatıb.

Gunaz.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ