SON DƏQİQƏ

Qaz balonundan külli miqdarda siqaret çıxdı

Tarix:

6-03-2017, 12:03

/ 2 082 dəfə oxundu.
Qaz balonundan külli miqdarda siqaret çıxdı

Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Xanoba” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, yük yerində avtomobilin yanacaq çəni kimi quraşdırılan qaz balonu şübhə doğurduğundan nəqliyyat vasitəsi HCVG rentgen aparatı ilə yoxlamaya yönləndirilib və gömrükçülərin şübhələri təsdiqini tapıb. 
HCVG rentgen aparatı ilə yoxlama zamanı qaz balonunun içərisindən gömrük nəzarətindən gizlədilən 16 min 800 ədəd "NZ Gold Compact” markalı siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ