Ötən gün Şəki öz şəhidini qarşılayıb.
Gunaz.az "ARB Şəki"yə istinadla xəbər verir ki, Aqşin Abdullayev cəsədi doğulub böyüdüyü Şəkinin Kiş kəndinə gətirilib.
Kadrlarda şəhidin ailəsinin və yaxınlarının fəryadı insanların
ürəklərini dağlayır. Şəhidin tabutunu aparan yol polisinin göz yaşları
isə hər kəsi kövrəldib.
Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün
cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid
olmuş hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov
Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və
Cəfərov Zakir Nazim oğlunun nəşlərinin döyüş meydanından çıxarılması
məqsədilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK)
nümayəndələrinin vasitəçiliyi ilə fevralın 26-da saat 12.00-da müvafiq
tədbirlərin həyata keçirilməsi planlaşdırılırıb. Həlak olan
hərbçilərimizin cənazələri vətənə gətirilib.