SON DƏQİQƏ

Salyanda ev yandı, iki nəfər yanaraq ölüb

Tarix:

26-02-2017, 08:51

/ 4 030 dəfə oxundu.
Salyanda ev yandı, iki nəfər yanaraq ölüb

Salyan rayonu, Şəkərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

FHN-in xəbərinə görə, yanğının kəşfiyyatı zamanı ev sahibi, 1943-cü il təvəllüdlü Əhmədalı Qayıbalı oğlu Əliyevin və onun həyat yoldaşı, 1934-cü il təvəllüdlü Zemfira İsa qızı Əliyevanın meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 07:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ