SON DƏQİQƏ
» » Bakıda iki yaşayış binasında yanğın baş verib

Bakıda iki yaşayış binasında yanğın baş verib

Tarix:

5-02-2017, 03:41

/ 2 936 dəfə oxundu.
Bakıda iki yaşayış binasında yanğın baş verib

Bakıda iki yanğın hadisəsi qeydə alınıb.

 FHN-nin saytına istinadən verilən xəbərə görə, yanğınlardan biri paytaxtın Yasamal rayonunda ikimərtəbəli kommunal tipli yaşayış evinin 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan 2 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin  1 otağının tavanı 2 m2 sahədə və ev əşyaları 3 m2 sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.  

Bundan başqa paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsindən 16-cı mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri 50 p.m yanıb. Elektrik kabellərinin qalan hissəsi və kommunikasiya xətləri yanğından mühafizə olunub.  

Gunaz.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ