SON DƏQİQƏ
» » Rusiyadan gələn şəxsin yükündə fişənglər aşkar edilib

Rusiyadan gələn şəxsin yükündə fişənglər aşkar edilib

Tarix:

24-01-2017, 16:43

/ 5 228 dəfə oxundu.
Rusiyadan gələn şəxsin yükündə fişənglər aşkar edilib

Rusiyadan gələn Azərbaycan vətəndaşının əl yükündə fişənglər aşkar edilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Samur” gömrük postunun idxal nəzarəti zonasına Rusiya istiqamətindən daxil olan Azərbaycan vətəndaşının əl yüklərinə "Heimann X-ray” markalı texniki nəzarət vasitəsi ilə gömrük baxışı keçirilib.
Yoxlama zamanı əl yükü olan bir ədəd qutudan gömrük nəzarətinə bəyan edilməyən, üzərində "Approved solas 74/96” sözləri yazılan 24 ədəd işarəverici fişənglər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər