SON DƏQİQƏ
» » Qar problemlər YARATDI: Avtomobillər yollarda qaldı

Qar problemlər YARATDI: Avtomobillər yollarda qaldı

Tarix:

23-01-2017, 11:39

/ 10 214 dəfə oxundu.
Qar problemlər YARATDI: Avtomobillər yollarda qaldı

Bölgələrə yağan qar yollarda avtomobillərin hərəkətində problemlər yaradıb. Problem əsasən magistral yollarda müşahidə edilir. Yolların buz bağlaması səbəbindən bəzi avtomobillər yolda qalıb.
"Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, səhər saatlarından buz bağlamış yollarda təmizləmə işləri aparılır: "Əsasən, Muğanlı-İsmayıllı, Şamaxı-Ağsu istiqamətindəki yollarda buzlaşma müşahidə edilirdi. Əməkdaşlarımız yollara qum və duz qarışığı səpməklə problemi aradan qaldırıb. Hazırda yollarda vəziyyət normaldır. Sadəcə yay şinlərindən, sovet maşınlarından istifadə edənlər yolda problem yaşayır. Bu istiqamətlərdə hərəkət edəcək sürücülərə avtomobillərini saz vəziyyətə gətirmək tövsiyə etsinlər”.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər