SON DƏQİQƏ
» » İmişlidə yaşayış binasında yanğın - 2 nəfər təxliyə olunub

İmişlidə yaşayış binasında yanğın - 2 nəfər təxliyə olunub

Tarix:

23-01-2017, 09:20

/ 3 422 dəfə oxundu.
İmişlidə yaşayış binasında yanğın - 2 nəfər təxliyə olunub

İmişli şəhərində yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, İmişli şəhərində 6 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m2 sahədə yanıb.
Yanğın zamanı iki nəfər yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ