SON DƏQİQƏ

Sabirabadda və Saatlıda yanğın hadisəsi

Tarix:

20-01-2017, 10:40

/ 3 905 dəfə oxundu.
Sabirabadda və Saatlıda yanğın hadisəsi

Sabirabadda 6 otaqlı mənzildə yanğın hadisəsi baş verib.
Gunaz.az-ın FHN-in saytına istinadən məlumatına görə, Qasımbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli, 6 otaqlı evin 1 otağının dam örtüyü və tavanı 20 m² sahədə və mətbəxin yanar konstruksiyaları 25 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.  
Saatlı rayonu, Bəylər kəndində vətəndaşa məxsus ümumi sahəsi 88 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin iki otağının tavanı 40 m² sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər