SON DƏQİQƏ
» » 59 yaşlı kişiyə qarşı quldurluq - Şəmkirdə

59 yaşlı kişiyə qarşı quldurluq - Şəmkirdə

Tarix:

18-01-2017, 03:23

/ 2 835 dəfə oxundu.
59 yaşlı kişiyə qarşı quldurluq - Şəmkirdə

Şəmkir rayonunun Çinarlı qəsəbəsində quldurluq hadisəsi baş verib.
Məlumata görə, Gəncə sakini 59 yaşlı Namiq Babayevin idarə etdiyi VAZ 2107 markalı avtomobilə əyləşən şəxs, onu yaşadığı Seyfəli kəndinə aparmasını xahiş edib. Yolun yarısında avtomobilin idarəetməsinə mane olan sərnişin sürücüyə bıçaqla müxtəlif bədən xəsarətləri yetirib.
Daha sonra Namiq Babayevi avtomobilindən düşürərək, cibindəki pulu və telefonu çıxardıqdan sonra həmin avtomobilə əyləşərək, ərazidən uzaqlaşıb. Yaralı isə ətrafdakıların köməkliyi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin xəstənin vəziyyəti ağır olduğundan Gəncədəki özəl klinikalardan birinə yerləşdirilib. Dərhal əməliyyata keçən Şəmkir rayon polis şöbəsi əməkdaşlarının səyi nəticəsində Namiq Babayevə məxsus avtomobil tapılıb.
Məlum olub ki, hadisəni törədən şəxs onu avtomobil təmiri ilə məşğul olan bir nəfərə 500 manata satıb. Hazırda avtomobili alan şəxs polis şöbəsinə çağrılsa da, quldurluq faktını törədənin kimliyi hələ ki, məlum deyil. Baş verən cinayət faktı ilə əlaqədar istintaq əməliyyat tədbirləri davam etdirilir.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ