SON DƏQİQƏ
» » Gəncə-Moskva reysində təhlükəli sərnişin həbs edildi - FOTO

Gəncə-Moskva reysində təhlükəli sərnişin həbs edildi - FOTO

Tarix:

17-01-2017, 23:03

/ 9 294 dəfə oxundu.
Gəncə-Moskva reysində təhlükəli sərnişin həbs edildi - FOTO

Bu gün saat 15:30-a uçuşu planlaşdırılan Gəncə-Moskva reysi iki saat gecikib.
Buna səbəb sərnişinlərdən birinin təhlükəli şəxs olması ilə bağlı daxil olan məlumatdır.
Belə ki, Gəncədən Rusiyanın paytaxtına uçan 110 sərnişindən biri ilə bağlı Moskvadan təcili informasiya daxil olub. Bildirilib ki, şübhəli sərnişinin uçuşuna qadağa qoyulmalıdır.
Hadisə ilə bağlı Xüsusi təyinatlı qrup tərəfindən Gəncə aeroportunda əməliyyat keçirilib. Əməliyyata təlim görmüş itlər də gətirilib. Nəticədə, hərəkətdə olan təyyarə geri qaytarılaraq əlində göy çantalı 25-26 yaşlı şübhəli saxlanılıb.
İki saatlıq gecikmədən sonra təyyarə saat 17:30-da Moskvaya uçub.
Hələ ki, Hüquq Mühafizə Orqanları baş verən əməliyyatla bağlı rəsmi məlumat yaymayıblar.(qafqazinfo)

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ