SON DƏQİQƏ
» » Gömrükdə külli miqdarda siqaret müsadirə olundu

Gömrükdə külli miqdarda siqaret müsadirə olundu

Tarix:

17-01-2017, 13:58

/ 2 809 dəfə oxundu.
Gömrükdə külli miqdarda siqaret müsadirə olundu

Gömrükdə külli miqdarda siqaret müsadirə olunub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə” Gömrük Postunda İrandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə "Heimann Cargo Vision” rentgen qurğusunda gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobilin istifadədə olmayan yanacaq çənində fərqli görünüşdə və formada naməlum predmetlər müəyyən edilib. Sonra nəqliyyat vasitəsinə əsaslı baxış keçirilib və gömrükçülərin şübhələri özünü doğruldub. Avtomobilin istifadədə olmayan yanacaq çənində malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilən 2 adda 82000 ədəd siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ