SON DƏQİQƏ

430 min ev quşu "H5N1" virusuna yoluxub

Tarix:

15-01-2017, 22:38

/ 10 259 dəfə oxundu.
430 min ev quşu "H5N1" virusuna yoluxub

Bolqarıstan hökuməti ölkə üzrə 63 "quş qripi" ocağı qeydə alıb, 430 mindən çox ev quşu "H5N1" virusuna yoluxub.
Bu barədə Bolqarıstanın kənd təsərrüfatı və ərzaq naziri vəzifəsinin icraçısı Desislava Taneva məlumat verib.
"Novinite" agentliyi yazır ki, yoluxma daha çox Plovdiv şəhəri ərazisində qeydə alınıb. Yoluxan quşların böyük hissəsi ördəklərdir.
Tanevanın sözlərinə görə, virusun baş qaldırmasının əsas səbəbi quş yetişdirilməsi üzrə fermalarda gigiyenik normalara riayət olunmamasıdır.
Hökumət problemin aradan qaldırılmasına təqribən 540 min dollar vəsait ayırıb, lakin bu məbləğin 5 dəfə artacağı bildirilir.
Gunaz.az 
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ