SON DƏQİQƏ
» » Lənkəranda Milli Parka yaxın ərazidə yanğın olub

Lənkəranda Milli Parka yaxın ərazidə yanğın olub

Tarix:

13-01-2017, 19:14

/ 4 253 dəfə oxundu.
Lənkəranda  Milli Parka yaxın ərazidə yanğın olub

Lənkəran rayonu Biləsər icra nümayəndəliyinin Alazəpin kəndi ilə Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 31 saylı dolayının 37-ci kvartalının sərhəd ərazilərində ucqar sahədə ötən gün yanğın hadisəsi baş verib.
Yanğın baş verən əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və kənd sakinləri cəlb olunub, qısa müddətdə yanğın tam lokallaşdırılaraq söndürülüb.
Məlumata görə, naməlum səbəblərdən baş verən yanğın nəticəsində tökülmüş quru xəzəl və çürüməkdə olan oduncaq qalıqları yanıb, yanğının ağaclara keçməsinin qarşısı alınıb.
Hazırda yanğın baş vermiş əraziyə milli parkın əməkdaşlarından təşkil edilmiş operativ qrup nəzarət edir.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ