SON DƏQİQƏ
» » Aprelin 6-sı üçün teledərslərin cədvəli bəlli oldu

Aprelin 6-sı üçün teledərslərin cədvəli bəlli oldu

Tarix:

6-04-2020, 08:56

/ 3 321 dəfə oxundu.
Aprelin 6-sı üçün teledərslərin cədvəli bəlli oldu

"Mədəniyyət” və "ARB Günəş” kanallarında yayımlanan "Dərs vaxtı” verilişinin aprelin 6-sı üçün nəzərdə tutulan cədvəli müəyyənləşdirilib.
Bu barədə GunAz.az-a Təhsil Nazirliyindən məlumat verilib. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi "Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.
Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət” və "ARB Günəş” kanallarında "Dərs vaxtı” proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.
"Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube” (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook” səhifəsindən, eyni zamanda, "Təhsil” televiziyasının "Facebook” səhifəsindən, həmçinin Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ