SON DƏQİQƏ

Qoruyub saxlayın Tanrı payını

Tarix:

25-01-2020, 10:54

/ 2 155 dəfə oxundu.
Qoruyub saxlayın Tanrı payını

Bu yaxınlarda "Nur" uşaq evində oldum.Ordakı körpələrin məsum və nigaran baxışları ürəyimin tellərini titrətdi.Orada uşaqlara qayğı yüksək səviyyədə olmağına baxmayaraq, hər bir uşaq sanki bir ana qucağı axtarırdı.Deyirəm Allahım, kimləri ana olmaq üçün dəridən dırnaqdan çıxır, kimləri də Allahın verdiyi bu gözəl paydan imtina edir.
Biz orada bütün uşaqların qəlbini ala bildik.Amma şəkildə görünən kədərli baxışlarla həyata üsyan edən oğlanın könlünü ala bilmədik ki, bilmədik.Bu uşaqlar atalı-analı yetimdilər. Ey analar sizə səslənirəm, dünyaya uşaq gətirmək istəyəndə bir az düşünüb ölçüb biçin.Əgər bu cür günahsız körpələri dünyaya gətirib ana qucağına həsrət qoyacaqsınızsa, nə olar heç gətirməyin.Onlar günahsız bir mələkdilər.

Ey dünyaya uşaq gətirən ana,
Tanrı sənə nemət yetirmədimi?
O, məsum körpəni qolların üstə,
Cənnəti, önünə gətirmədimi?

Axı o, gül üzlü məsum körpələr,
Tanrıdan gəlibdir sizə əmanət.
O ki, yer üzünün çirkabı deyil,
Tanrı əmanəti görməz xəyanət.

Bir ana adını daşımaq üçün,
Minlərlə qadınlar durub sıraya.
Körpə nəfəsinə qovuşmaq üçün,
Bölübdür ömrünü iki yarıya.

Əgər ana adı ağırsa sizə,
Onda çoxaltmayın körpə sayını.
Yox əgər dünyaya gətirdinizsə,
Qoruyub saxlayın Tanrı payını.

M.Duyğulu.

Qoruyub saxlayın Tanrı payını

 

Qoruyub saxlayın Tanrı payını

 

Qoruyub saxlayın Tanrı payını

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ