SON DƏQİQƏ

Dünya xəritələri tariximizi subut edir

Tarix:

20-09-2019, 08:00

/ 5 453 dəfə oxundu.
Dünya xəritələri tariximizi subut edir

Şəkildə gördüyünüz bu xəritə  Rusiyanın rəsmi hərbi  xəritəsidir .  1809-1817 - ci illəri əhatə edən  bu rəsmi  xəritə dünya xalqları tərəfindən təsdiq olunmuş dövlətlərin dəqiq əraziləridir. Vaxtilə iki əsr əvvəl və 1906 cı illərdə, eləcə də 1936 cı illərdə kutləvi tirajla yayımlanan  xəritələrdə Xəzər dənizi , Turkiyə, Azərbaycan ,İran sərhədləri , əraziləri dəqiq göstərilibdir.Dünya xəritələri tariximizi subut edir
Diqqətlə fikir verin:  Bu xəritədə     Ermənistan adlanan ərazini axtarın,  görün belə dövlət olubmu?
Bəs onda dünya xalqları erməni fitnəkarliqlarına  uyuyub, Azərbaycanın ərazi butövlüyünü niyə tanımırlar ?
Rus imperiyası və Kremldə lövbər salmış erməni millətcilərindən olan  Mikoyan  , Şaumyan  vaxtılə türk birliyindən çəkinərək   Stalinin də saqqızını  oğurlamış və Turkiyədən ,İrandan yüz minlərlə erməni ailələri Azərbaycan ərazərində  yerləşdirilmiş, Zəngəzur və İrəvan xanlıqlarında yaşayan  müsəlmanlar istər 1915-1918 ci illərdə ,istərsə də 1948--53 cü illərdə öz dədə-  baba yurdlarından deportasiya olunaraq  qaçqın, köçkün düşüb  surgün edilmişlər.
Bu az imiş hələ, Azərbaycan ərazisində Rus imperiyası qondarma Qağlıq Qarabağ muxtar vilayətini yaradaraq öz yurdumuzda qırğınlar törədərək  turklərə qarşı soyqrım törətmişlər.
İlana zəhər verən kərtənkələdir.
Ruslar da , erməniləri silahlandıraraq torpaqlarımızı işğal edib ermənilərə peşkeş edərək yurdumuzu düşmənlərə təslim etmişlər.
1992-93 cü illərdə erməni-  rus hərbi birləşmələri nəinki  Qarabağımızı, hətta Qarabağ zonasına aid olmayan  ətraf yeddi rayonlarımız olan Agdamı, Şuşanı, Laçını,  Qubadlını, Fuzulini, Cəbrayılı, Zəngilanı, Kəlbəcəri  də  işğal etmişlər.
Xocalı kimi qədim Azərbaycan rayonu və  5 mindən çox əhalisi soyqrıma məruz qalmışlar, körpərəri, qocaları , əliyalın insanları amansizlıqla qətlə yətirmişlər.
Bir milyondan çox  azərbaycanlı türkü  vətənində məcburi  köçkün vəziyətinə dücar olmuslar.
İşğal olunmuş rayonlarımızda  minlərlə tarixi abidələrimiz, qəbirsanlıqlarımız,  yaşayış .əntəqələrimiz, inzibati binalarımız  dağıdılıb məhf edilmişdir .
Bu muharibədə 20 mindən çox Azərbaycanlı vətənini duşmənlərdən qoruyarkən  həlak olmuşlar.
Tariximiz təhrif olunmamalıdır.
Biz öz yurdumuza  qanımız  bahasına  da olsa , qayıtmalıyıq.
Rus imperiyası isə Azərbaycanın
var-  dövlətindən , neft və qazından, bir sözlə təbii sərvətlərindən gen- bol  bəhrələnsə də , satqın, riyakar  ermənilərin saxta fikirlərinə, yalan, böhtanlarına  gərək uymasınlar .
Onu da qeyd edim ki, Boyük vətən muharibəsində  Azərbaycanın nefti, benzini , canli quvvəsi sayəsində alman faşistləri Moskvanı , Rusiyani ala bilməmişlər. Azərbaycanlılardan təşkil olunmuş "dikiy diviziya " adlandırılan
Taqanroq diviziyası ilk dəfə  Berlinə daxil olmuş və iki Azərbaycanli əsgərimiz 1945 ci ildə  Sovet bayragını Berlində -  Reystaqa taxarkən , ermənilər tərəfindən qətlə yetirilmişlər.
Cünki marşal Jukov demişdir ki, rus ola- ola Azərbaycan əsgəri bayrağı niyə birinci sancmalıdir ?
Hansi ki bu muharibədə 300 mindən çox azərbaycanli həlak olmuş, yüz minlərlə soydaşlarımiz yaralanaraq əlil olmuşlar.
Cəsuz və riyakar ermənilər Hitlerə satqınliq edəndə,  Azərbaycanlılar vətən adlandırdığımız Rusiya torpaqlarını qoruyarkən igidliklər göstərmiş və  həlak olmuşlar.
Eləcə də iki dəfə sovet ittifaqi qəhrəmanı olmuş Həzi Aslanovun  qətlə yetirilməsi məhz erməni Baqramyan kimi fitnəkar marşalların xainliyi ücbatından bu xəyanət  edilmisdir .
Əgər Rus ordusu ermənərin tərəfində durmasa,   bu işlərə qarışmasa,  biz nəinki Qarabağımızı düşməndən azad edərik, hətta  İrəvan xanlıgını da əsarətdən xilas edib doğma dədə - baba yurdumuza sahib çıxarıq, onda torpağımızda  uyuyan şəhidlərimizin də ruhunu şad edərik.
Rauf İlyasoğlu.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ