Kollektivin yığıncağı...

İnsanın müdir olması adi haldır, amma müdirin insan olması çox vacibdir.

Mən seçkidə katib olduğumdan tez-tez seçki iclaslarında iştirak edirəm ki bu da adi haldır. Telefonuma zəng gəldi ki, ayın 28-də yığıncaq olacaq mütləq iştirak etməlisiniz, işdə olmağıma baxmayaraq vacib olduğunu bildiyimdən mütləq iştirak edəcəyimi bildirdim.

Axşam ustü işdən çıxaraq yığıncağa tələsdim, Dairə Seçki Komissiyasına çatanda heç kimi görmədim şübhələr məni narahat etdi, Seçki məntəqələrinin sədrlərindən birinə zəng vurdum ki, bu nə məsələdir? Mənə izah etdi ki, yığıncaq sədrin evində olacaq, yenə də narahat halda Dairənin Sədri Hacıbala müəllimin evinə üz tutdum.

Evi tanıdığımdan maşınla düz qapıya getdim, gördüm həqiqətən də Dairə Seçki Komissiyasının, Məntəqə Seçki Komissiyasının Sədrləri, Katibləri hamısı burdadır bir az rahatlandım, həyətə daxil olanda fərəh hissi məni bürüdü. 50 nəfərlik stol açılmış böyük bir şənlik var idi.

 Hacıbala müəllimlə görüşdükdə bu nə məsələdir soruşduqda "keç otur bir azdan yığıncaq başlayacaq" dedi. Heç nə soruşmadan keçib oturdum masa arxasında.

Hamı yığışdıqdan sonra Sədrimiz hamıya xoş gəldin etdikdən sonra başladı izahata:

"Əziz dostlar, bacılar sizi bura yığmaqda məqsədim sizinlə xoş günümdə bir yerdə olmağımdır, biz həmişə bir yerdə rəsmi yığıncaqlarda oluruq, indi isə istədim mənim 60 illik yubileyimi də sizinlə qeyri-rəsmi yığıncaq kimi keçirək, mənim fikirimcə bu hamınızın ürəyinizcə olacaq və bu da bir mehribançılıq nümunəsi olacaq. Sizə xoş istirahət".

Fikirləşdim ki, həqiqətən də bu bir yenilikdir, kollektivçilikdə bir nümunədir.

"Səhər açılarkən, günəş oyanarkən, günəşin şəfəqləri saçılarkən dünyaya, gözel körpe doğulub da ailəsini sevindirdi, azad bir quş kimi sevinin, çünki sizin yubileyinizdir, siz həyatın ən gözəl nemətlərinə layiqsiniz.  60 yaşınızın olmasına baxmayaraq hələ gəncsiniz kollektivin hörmətini qazanmısınız, rəhbərimiz olmağınızla sizinlə fəxr edirik. Hələ Vətənə Dövlətimizə, Xalqımıza  bundan sonra da xeyir verməlisiniz HACIBALA MÜƏLLİM"!

60 yaşınız mübarək!

Kollektiv adından

Bilman Isaq

29-06-2019

Kollektivin yığıncağı...

 

Kollektivin yığıncağı...

Kollektivin yığıncağı...

 

Kollektivin yığıncağı...

 

 

 

 

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]