SON DƏQİQƏ
» » Misir piramidalarını nəhəng insanlar tikib? — Gizli saxlanılan tarixi faktlar

Misir piramidalarını nəhəng insanlar tikib? — Gizli saxlanılan tarixi faktlar

Tarix:

31-01-2019, 18:20

/ 11 218 dəfə oxundu.
Misir piramidalarını nəhəng insanlar tikib? — Gizli saxlanılan tarixi faktlar

Dünya xalqlarının əfsanələrində nəhənglər, azmanlar və titanlar barədə məlumatlar var. Bu barədə hətta qədim kitabələrdə də qeydlər var.

Gizli saxlanılsa da, bəzən dünyanın müxtəlif nöqtələrindən anomal hündürlüyü olan insan sümüklərinin tapıldığı barədə məlumatlar, fotolar üzə çıxır. Bəlkə bəşəriyyətin əcdadı nəhənglər olub?

Böyük Səhrada daş dövrünə aid sərdabə tapılıb. Qalıqların yaşı 5000 ildir. 2005-2006-cı illərdə 200-ə yaxın belə sərdabə tapıldı. İnsan qalıqlarının hamısı isə 2 metrdən hündür idi.

Nəhəng insan sümüklərinə Türkiyə ərazisində də rast gəlinib. İnsan ayağının bir sümüyünün uzunluğu 120 sm-dir. Bu isə o insanın boyunun 5 metrdən hündür olması mənasına gəlir.

Çində tapılan qalıqlara əsasən isə, qəbirdəki insanın boyu 3.5 metr, çəkisi isə 300 kq olub. Avstraliyada antropoloqlar eni 42 sm, hündürlüyü isə 67 sm olan daşlaşmış diş tapıblar. Hesablamalara əsasən, bu dişin sahibinin boyu 7.5 metr, çəkisi isə 370 kq olub. Analizlər zamanı isə qalıqların 9 milyon il əvvələ aid olduğunu üzə çıxarıb.

Mağaraların birində isə insana aid alt çənə sümüyü tapılıb. Bu qeyri-adi sümük çox böyük idi.

Ehtimal edilir ki, qədim dövrdə Misirdə ucaldılan piramidalar, Sfinksin heykəli məhz bu nəhəng insanlar tərəfindən inşa edilib.

Alimlərin fikrinə əsasən, nəhəng insanlar bizdən əvvəlki irqdir. Onlar bizə məlum olmayan psixoloji enerjiyə və gücə sahib olublar.

Bəzi tarixi mənbələrə əsasən, ari irqi bir milyon il əvvəl Atlantida sivilizasiyasından sonra yaranıb. Bu gün müasir bəşəriyyət də ari irqi adlanır. Əvvəllər isə bu irqə mənsub insanların boyu 3-4 metr olub.

Antropoloqlar hətta inklərin daş abidələrində də belə rəsmlərə rast gəliblər. Bəziləri müasir Perunun ərazisindədir. Rəsmlər sübut edir ki, insanlar dinozavrlarla bir dövrdə yaşayıblar. Maraqlıdır ki, insan və dinozavr demək olar ki, eyni proporsiyalara sahibd olub.

Nəhəng insanlara aid qalıqlar Meksika, Peru, Pensilvaniya, Tunis, Texas, Filippin, Suriya, Mərakeş, Avstraliya, İspaniya və Qafqaz ərazisində də aşkar edilib...(ölkə.az)

 

 

скачать dle 12.1

Şərhlər