SON DƏQİQƏ
» » Doqquz min il əvvəl yaşayan qızın üzü belə olub - FOTO

Doqquz min il əvvəl yaşayan qızın üzü belə olub - FOTO

Tarix:

28-01-2018, 07:30

/ 10 093 dəfə oxundu.
Doqquz min il əvvəl yaşayan qızın üzü belə olub - FOTO

Afina universitetinin alimləri təxminən doqquz min il əvvəl yaşamış qızın üzünü yenidən yaradıblar.

Gunaz.az xəbər verir ki, bu haqda “National Geographic” nəşri bildirib.

Qızın üzünün yaradılmasında endokrinoloq, ortoped, nevropatoloq, patoloqoanatom və rentgenoloq iştirak ediblər. Alimlər riyazi alqoritmlərdən istifadə edərək kompüter tomoqrafiyası əsasında və 3D printerin köməyi ilə qızın kəlləsini, daha sonra isə onun üzünü yenidən yaradıblar.

Qızın yaşı dişlərinə görə müəyyən edilib. Onun təxminən 18 yaşı var idi. Qızın ölümünün səbəbini aydınlaşdırmaq mümkün olmayıb.

Radiokarbon analizinin nəticəsində məlum olub ki, qız mezolit dövrünün sonunda yaşayırdı. Buna görə də arxeoloqlar ona “Avqi” adını veriblər. “Avqi” kəlləsi mərkəzi Yunanıstanda yerləşən Teopetra mağarasında 1993-cü ildə tapılıb.

Doqquz min il əvvəl yaşayan qızın üzü belə olub - FOTO

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ