SON DƏQİQƏ

Müstəqilliyimiz və ordumuz

Tarix:

24-11-2017, 23:41

/ 5 476 dəfə oxundu.
Müstəqilliyimiz və ordumuz

 

 

  Tarixi müstəqilliyini əldə edən Azərbaycan Respublikasının qarşısında duran ən ümdə məsələlərdən biri də ordu quruculuğunun müasir inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırılmasından ibarətdir. Yüksək naliyyətlərlə qısa tarixi bir zamanda qarşıya qoyulan bu məqsədə nail olunmuş və ordumuzun bütün maddi-texniki bazası möhkəmləndirilmişdir. Bu gün ölkəmizin hərbi gücünü tək region dövlətləri yox, bir sıra inkişaf etmiş dövlətlər də vurğulayır və günü-gündən artan gücümüz deyilənlərin ən bariz göstərcisidir. Hərbiyə ayrılan vəsaitin Ermənistanın dövlət bücəsinə bərabər olması faktı və günü-gündən orduya artan qayğı xalq və iqtidar birliyinin təzahürüdür.Müstəqilliyimiz və ordumuz

   Ordu sıralarına çağırılmayana kimi mənimdə müfəssəl ordu haqqında məlumatım olmayıb. Həqiqi xidmətdə olduğum müddətdə Azərbaycan Ordusunun gücünün şahidi oldum. Bir vətandaş və hərbi qulluqçu kimi bu məni sevindirməyə bilməzdi. Sözün əsl mənasında analoqu olmayan hərbi inkişafın şahidi oldum. Bunu istər maddi-texniki baza, istərsə də şəxsi heyətin təlim-tərbiyəsi və döyüş hazırlığı baxımından deyə bilərik.

  Öncə ordumuzun maddi-texniki bazası haqqında gördüklərimdən söz açmaq istərdim. Həqiqi hərbi xidmətdə Daxili Qoşunların Zaqatala rayonunda yerləşən “N” saylı hərbi hissəsində oldum. Daxili Qoşunların qarşısına qoyulan döyüş tapşırıqları nöqteyi-nəzərdən maddi-texniki baza yüksək səviyyədə təmin olunmuş və şəxsi heyətin istismarına verilib. Təlim prosesində istifadə olunan döyüş texnikası zəmanənin ən müasir texnikalarıdır. Bu gün Azərbaycan əsgəri bu vəsaitlərdən istifadə edərək qarşıya qoyulmuş döyüş tapşırıqlarını vaxtlı-vaxtında yerinə yetirməyə hazırdır. Bu sadəcə qürur vericidir.

    Ordumuzda insan amilinin əsas götürülməsi isə sözsüz ki, ən mühüm amil olaraq qalır. Bu gün orduda yüksək döyüş ruhu ilə yanaşı, yüksək təlim-tərbiyə prosesidə qorunub saxlanılır. Deyə bilərəm ki, müstəqillik illərində təlim-tərbiyə prosesində əvəzsiz uğurlara nail olmuşuq. Daxili nizam-intizam qaydaları bütün şəxsi heyət tərəfindən qorunub saxlanılır və xidmət Ümumqoşun Nizamnəməsinin tələbləri əsasında aparılır. Bunu xidmətim müddəti ərzində gördüm. Həqiqətən Azərbaycan Ordusu güclü və hər şeyə qadirdir.

    Şəxsi heyət arasında isə döyüş ruhu misilsiz və əvəzsizdir. Qürurvericidir ki, hərbi cinayətlər sıfıra enmiş və döyüş ruhu isə yüksələn istiqamət üzrə artır. Mən bunu xidmətim ərzində gördüm. Komendant bölüyünün əvvəldən sona qədər əsgəri olaraq döyüş fəaliyyətinin təşkilində xidməti vəzifəmi yerinə yetirməklə yanaşı, şəxsi heyətin maariflənməsində və asudə vaxtlarının təşkilində komandirlərimə yaxından köməklik etdim. Bu müddət ərzində əsgərlərlə sıx ünsiyyətdə olurdum və onların xidmətə münasibətlərinin şahidinə çevrilirdim. Həqiqətən də onlarda vətənə olan sevgi elə bir yüksək səviyyədə idi ki, bunu gördükcə çox sevinirdim.

   Burada sözsüz ki, komandirlərimizin üzərinə böyük məsuliyyət düşürdü. Onlar bizlərə dayaq olurdular. Bütün hərbi biliklərini bizlərə öyrədirdilər. İstər döyüş hazırlığında, istərsə də ictimai-siyasi hazırlıqda bunların şahidi olurduq. Hərbi hissə komandiri Polkovnik Sahib Məmmədovun şəxsi heyətə bəslədiyi hörmətin nəticəsi idi ki, hərbi hissədə döyüş ruhu durmadan yüksələn istiqamət üzrə artırdı.

  Hərbi hissəyə gələn gündən savadlı bir əsgər kimi Hərbi hissə komandanlığı həmişə mənə və əsgər yoldaşlarıma qayğı ilə yanaşmışlar. Burada polkovnik Sahib Məmmədov, mayor Elçin Məmmədov, polkovnik-leytnant Elsevər Fətəliyev və polkovnik-leytnant Əfqan Əliyev, mayor Hafiz Əliyev və mayor Səməd Surxayevin adlarını xüsusi ilə vurğulamaq istəyirəm. Hər zaman əsgərlərin yanında olan və ömürlərini vətənə həsir edən bucür komandirlərlə biz əsgərlərdə fəxr edirdirdik.

   Komendant bölüyündə xidmətim isə ömrümün ən mənalı anları kimi taleyimə yazıldı. Həmin bölük əsl arzuladığım xidmət növlərindən biri idi. Çünki o xidmətdə silah var idi. Silaha olan sevgim isə uşaqlıq çağlarıma təsadüf edir. Posta çıxmaq, insan taleyini qorumaq isə məndə yaşamaq eşqini daha da artırırdı. Hərbi hissə komandiri polkovnik Sahib Məmmədov məni savadlı, qabaqcıl və fəal bir gənc kimi qəbul edərək komendant bölüyündə xidmət etməli olacağımı bildirdi. Bu şad xəbəri eşidən kimi çox sevindim. Həmin an Sahib müəllimə təşəkkürümü bildirərək mənə göstərdikləri ehtiramı doğruldacağımı bildirdim. Bu ehtiramı sona kimi qoruyaraq şərəfli bölükdən diplom və təşəkkürnamə ilə xidmətimi başa vurdum.

   Burada sözsüz ki, bölüyümüzün bütün zabit və gizir heyətinində rolu danılmaz idi. Bölük komandiri leytenant Röyal Əzizov, leytenant Namiq Mancanov, leytenant Elnur Əliyev, leytenant Sakit Behbudov, leytenant Orxan Məmmədov, leytenant Cavanşir Allahverdiyev, gizir Ramil Musayev, gizir Murad Əfəndiyev kimi əziz komandirlərimizin əziyyəti isə əvəzsiz olaraq yaddaşıma yazıldı.

Müstəqilliyimiz və ordumuzDQ-ən sabiq əsgəri

Mahmud Əyyub

(Mahmud Sadiqov)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ