SON DƏQİQƏ

Demə mənə " Doğu nərdə"?

Tarix:

4-01-2017, 22:39

/ 5 195 dəfə oxundu.
Demə mənə " Doğu nərdə"?

İçi bomboş bir yurd kimi
Yalqız qalan bir qurd kimi
Lap tükenmiş umud kimi
Dolaşıram bu şəhərdə
Demə mənə " Doğu nərdə"?

Kimə isə çatmır ərkim
Göy üzündə yoxdu görküm
Darda qalıb ulu türküm
Dözmürəm tabelə dərdə
Demə mənə "Doğu nərdə" ?

Bax yağılar qurub pusu
Bu dünyanın yox namusu
Qurd dolaşmır yurd-ulusu
Hər kəsin başı alverdə
Demə mənə "Doğu nərdə" ?

Tümen , Tiflis , Anadolu
Yağılardı sağı , solu
Bağlı qalıb Kərkük yolu
Boğur məni bu qəhər də
Demə mənə" Doğu nərdə" ?

Türküstanın qəlbi sızı
Daha dinmir udu, sazı
Doğulan kəs olur qazi
Dözəcəyik bu səfər də
Demə mənə "Doğu nərdə" ?

Sən göylərdə şimşək ol ,çax
Hazır olsun Oğuz , Qıpçaq
Bitəcəyik bir olmasaq
Haray çəkdim bu səhər də
Demə mənə "Doğu nərdə"?

At belinə yatan türküm
Tanrısını tapan türküm
Turan olsun vatan, türküm
Türküstana dönək bir də
Demə mənə "Doğu nərdə" ?

 


 

Sərvər Məsum
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər