SON DƏQİQƏ

KORONAYA QALİB GƏLƏN MƏHƏBBƏT

Tarix:

29-06-2020, 08:31

/ 2 274 dəfə oxundu.
KORONAYA  QALİB  GƏLƏN  MƏHƏBBƏT

 Məhbubə    NİYAZQIZI

                                                               hekayə

- Mən, sizi qorxutmaq istəmirəm Nahidə xanım,- deyə Vahid həkim, onun kabinetində oturan və xısın-xısın ağlayan tibb bacısı Nahidə xanıma baxdı. Nahidin vəziyyəti çox ağırdır. Xəstəlik heç cürə bizə tabe olmaq istəmir. Bu da ondan irəli gəlir ki, Nahid əvvllər vərəm xəstəsi olub və çoxlu siqaret çəkib. Ona görə də ağ ciyərindəki problemlər hələ tam sağalmayıb. Belə adamların da immun sistemi zəif olduğuna görə soyuq havada tez-tez infeksion xəstəliklərə tutula bilirlər. Burdan da bu koronavirus xəstəliyi peyda oldu...Adına da COVİD-19 pandemiyası qoyub, adamları daha da qorxutdular. Bununla da az bir vaxtda dünyanı lərzəyə saldılar...

- Nahidin xəstələnməsinin əsl səbəkarı mənəm doktor. Gərək mən, həmin vaxtı sizə qulaq asıb, evə getməyəydi...

- Axı sən haradan biləydin ki, virusa yoluxubsan? Üç- dörd gün ondan qabaq infeksiya şöbədəki bütün həkimləri, tibb bacılarını, xadimələri tesdən keçirmişdik. Səndə bu virusun əlamətləri aşkar olunmamışdı.

- İyirmi gün bundan qabaq, Rusiyadan gətirilən bir cavan oğlan burada öləndə, onun valideyinləri, nişanlısı vay-şivən qoparanda və oğlanın anasının ürəyi gedəndə mən necə oldusa maskamı çıxardım. Amma o vaxt bunu sizə demədim. Mənə elə gəlir ki, onlardan kimdəsə koronavirus olub...

- Ola bilər. Axı mən sizə qəti tapşırmışam ki, burada bütün qanunlara tamriayət eləyin. Bax sənin immun sistemin, orqanizmin möhkəm olduğuna görəsağaldın. Amma Nahidi sağalda bilmirik. Sağalmaq üçün o, özü də bizə kömək eləməlidi. İlk öncə özünün özünə inamı olmalıdır. Amma görürəm ki, onun özünə inamı tam ölüb. Onu sağalda bilməyimiz yolunda yalnız sən ona kömək ola bilərsən.

- Necə?

- O, yanlız sənə inanır. Onu inandırmalısan ki, hökmən sağalacaqsan. Çünki inam insandaelə böyük qüvvədir ki, bütün xəstəliklərə meydam oxuya bilir. Mən otuz illik həkimlik təcrübəmdə bunu çox görmüşəm. Koronavirus dövründə bizim xəstəxanada cəmi iki adam ölüb. Onların da başqa xəstəlikləri olmasaydı, hökmən onları sağalda bilərdik. Bu gün dünyada koronavirusla bağlı gedən böyük oyuna da mən bir həkim kimi şübhə ilə baxıram. Və inanmıram ki, dünyada bu qədər adam koronavirusdan ölsün... Bu, dünyanın aparıcı ölkələrinin dəhşətli oyunudur. Nə isə gec-tez əsl həqiqət məlum olacaq. Əsas odur ki, bizim ölkədə, Prezidentimiz başda olamaqla bu virusa qarşı böyük mübarizə gedir. Deməli, bizim itgimiz çox azolacaq. Kim nə deyir-desin, bizdə güclü həkimlər çoxdur. Bütün həkimlər də bu xəstəliklə bağlı çox ciddi səfərbər olunublar. Sən, bütün gücünlə hökmən Nahidi inandırmalısan ki, sağalacaq. Ona görə də bütün diqqətin onda olsun. O, yaxşı oğlandı. Səni də çox sevir. Siz, böyük mübarizələrdən, vuruşlardan, döyüşlərdən, çətinliklərdən keçib ailə qurubsuz. Yəqin Allah da istəməz ki, belə müqəddəs ailənin yolu yarımçıqqalsın... Bu, mənə və burada işləyən işçilərə də çox pis təsir edər.

Vahid həkimin bu sözlərindən sonra Nahidə hönkürtü ilə ağladı.

- Vahid həkim, mənim də yerdə ümidim siz, göydə ümidim Böyük Tanrıdır.O, Böyük Tanrı da istəməz ki, bizim arzularımız yarımçıq qalsın. Siz nə desəniz eləyəcəm. Təki siz də əlinizdən gələni eləyin.

- Özünüz görürsünüz ki, mən də, başqa həkimlər də, tibb bacıları da əllərindən gələni edirlər. Çünki bu xəstəxanada sizə bir yaxşı mütəxəssis və mədəni, ağıllı, savadlı xanım kimi hamının böyük hörməti var. Xəstələr də sizdən həmişə razılıq eləyirlər. Gedin Nahidin yanında olun. O, sizi görəndə elə bil ki, bir qədər sakitləşir.

Nahidə çox pərişan vəziyyətdə şöbə müdiri Vahid İsgəndərlinin kabinetindən çıxdı. Otuz illik həkimlik təcrübə olan Vahid həkimi heç vaxt belə aciz görməmişdi. Baxmayaraq ki, o, dörd gün idi ki, Nahidə əlindən gələni edirdi, amma xəstəlik heç cürə təslim olmaq istəmirdi. Nahidə özü də bunu görürdü... Çünki o, özü də on beş il idi ki, tibb bacısı işləyirdi və tərif olmasın tibb sahəsini həkimlərdən heç də pis bilmirdi. Ona görə özü də başa düşürdü ki, Nahidin vəziyyəti heç də yaxşı deyil. Çünki onda bir vaxtlar vərəm xəstəliyinin olması və çoxlu siqaret çəkməsi bu xəstəliyə imkan yaratmışdı ki, özünə yer eləsin...

Onların ailə qurması doğrudan da çox böyük çətinliklərdən keçmişdi. Nahidlə Nahidə Bakıda tələbə olduğu vaxtda tanış olmuşdular. O vaxt Nahidə Tibb Texnikumunda, Nahid isə İqtisadiyyat İnstitutunda təhsil alırdılar. Hər ikisi ədəbiyyat həvəskarı olduğundan, ədəbiyyat dərnəyinə gedirdilər. Nahid həkayələr, şeirlər, Nahidə isə şeirlər yazırdı. Elə ilk anlardan ulduzları barışmışdı. Nahid dördüncü kursda, Nahidə isə birinci kursda oxuyurdu. Nahidəgilin rayonundan olan Zəfər adlı bir oğlan da Nahidəni sevirdi. Zəfər imkanlı ailədən idi. Ona elə gəlirdi ki, yaxşı şəraitinin olması ilə Nahidənin ürəyini ələ ala bilcək. Öz sevgisini Nahidəyə deyəndə və ondan rədd cavabı alanda çox pis olmuşdu. Çünki, Nahidə ona demişdi ki, " mənim istədiyim oğlan var, xahiş edirəm məni bir də buna görə narahat eləmə”. Həmin oğlanın Nahid olduğunu bilən Zəfər, iki dostu ilə onunla haqq-hesab çəkmək istəmişdi. Nahid bir dəfə Nahidəni kirayə qaldığıevə yola salıb, qayıdanda onun qarşısını kəsib, döymək istəmişdilər. Hətta Zəfər cibindən bıçaq çıxarıb, onu vurmaq istəyəndə, səsə-küyə polislər onlara yaxınlaşmışdı. Bunu görən Zəfər bıçağı Nahidə tərəf atmışdı. Nahid də əsəbindən bıçağı götürüb, Zəfəri vurmaq istəyəndə polislər, onu tutmuşdular. Beləliklə, məhkəmədə zorla olsa da Nahidin boynuna qoyulmuşdu ki, bıçaq elə əvvəldən onda olub və o, həmin bıçaqla Zəfəri vurmaq istəyib. Çünki Zəfərin valideyinləri məhkəməyə lazım olan qədər pul vermişdilər ki, günahı yalnız Nahidin boynuna qoysunlar... Pul, şirin şey olduğundan və hakim də anasının əmcəyini kəsən olduğundan həmin pula şirnikərək, Nahidin gələcək taleyini fikirləşmədən ona yeddi il həbs cəzası vermişdi... Zəfər bununla soyumamış, Nahidəni zorla götürüb qaçırmışdı. Nahidə onu son sözlərlə təhqir eləməsinə baxmayaraq və arxa oturacaqda onu möhkəm tutan Zəfərin iki dostunun əlindən çıxaraq, yumruqlarla Zəfərin başından vuranda vəo da rolu əlində saxlaya bilməyib, böyründən keçən maşınla torruşanda Nahidə özündə-sözündə deyildi. Zəfər möhkəm əzilmişdi. Arxada oturanlar qorxularından tez maşından düşmüşüb qaçmışdılar. Nahidə də tez maşından düşmüşdü. Maşınların sürücüləri Zəfəri birtəhər maşından düşürmüşdülər. Bu vaxt Yol Polis Xidməti maşını gəlmişdi. Nahidə başına gələn hadisəni onlara danışmışdı. Əlləri, sifəti qan içində olan, bir ayağı sınan Zəfəri Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya aparmışdılar. Bu dəfə yenə də Zəfərin valideyinləri pul verib, oğlanlarını təmizə çıxarmaq istəsələr də mümkün olmamışdı. Nahidənin ayağına düşüb, ondan Zəfəri bağışlamağı xahiş eləsələr də xeyiri olmamışdı. Beləliklə, Zəfəri həbs eləyib beş il iş vermişdilər...

Nahidə isə tələbə olduğu vaxt dəfələrlə həbsxanaya gedib, Nahidlə görüşmüşdü. Hətta Tibb Texnikumunu bitirib, təyinatını öz rayonlarına alandan sonra da valideyinlərindən gizlin həbsxanaya gedib, Nahidlə görüşmüşdü.

Nahid həbsxanada vərəm xəstəliyinə yoluxmuşdu. Siqaret çox çəkdiyindən onu müalicə eləmək çətin idi. O, həbxanada üç il yarım yatandan sonra Prezidentin əhf fərmanına düşmüşdü. Həbsxanadan qayıdandan sonra Nahidənin təkidilə siqareti atmışdı. Bir il elə Nahidənin özünün apardığı müalicə ilə vərəm xəstəliyindən tam sağalmışdı. Və onlar ailə həyatı qurmuşdular. Rayonda iş olmadığından Bakıya köçmüşdülər. Kirayədə yaşayırdılar. Nahid çox savadlı olduğundan və iqtisadiyyatı yaxşı bildiyindən bir Firmada işə düzəlmişdi. Sonra öz biliyilə imtahan verib, İqtisadiyyat İnstitutunun da diplomunu almışdı. Onların bir oğlan övladları da dünyayagəlmişdi. Oğlana, Nahid həbsxanada olan vaxt oğlunun dərdinə dözə bilməyib dünyasını dəyişən atası Nizami kişinin adını qoymuşdular. Nahidlə Nahidə çox mehriban, xoşbəxt yaşayırdılar. Hamı onlara həsəd aparırdı. Elə bil birdən-birə bu ailəyə göz dəydi. Nahid, Nahidədən koronavirusa yoluxdu...

Bütün bu olmuş dəhşətli hadisələri beynində kino lenti kimi keçirən Nahidə, Nahid yatan palataya gəldi. Palatada ondan başqa bir nəfər də vardı. Süni nəfəs alətinə qoşulan Nahid, Nahidəni görəndə gülümsündü və gözlərindən yaş axmağa başladı. Nahidə də özünü saxlaya bilmədi və ağladı. Məhz buna görə də çox vaxt Nahidin yanına gəlmirdi ki, o, Nahidənin də onun sağalmasında gücsüz olduğunu hiss eləməsin. Ona görə də Nahidə başqa tibb bacıları baxırdılar. Amma bu gün Vahid həkim onu məcbur eləmişdi ki, Nahidə gərək sən özün baxasan. "Çünki o, sənə daha çox inanır. Onun sənə olan inamı və məhəbbəti bizə Nahidi sağaltmaqda çox köməklik eləyə bilər”. Nahidə bir təhər özünü ələ aldı.

-Nahid, əzizim, canım. Vahid həkim dedi ki, sən hökmən sağalacaqsan. Sənin vəziyyətin elə də ağır deyil. Sadəcə gərək bir az səbrin olsun. Axı özün həmişə deyirdin "səbr elə uca ağacdır ki, hər adamın bağında bitmir”. Deməli, sən səbirli olmalısan ki, tez sağalasan.Oğlumuz Nizaminin, mənim xatirimə hökmən səbirli olmalısan. Bu xəstəlikdə beş-altıgün, ən çoxu bir həftə kritik, ağır dövrolur. Xəstə onu adlayanda hər şey sonra qaydasına düşür. Sən də dörd gündür ki, hər şeyə dözürsən. Deməli, cəmi iki-üç gün də dözmək lazımdır. Ondan sonra hər şey qaydasına düşəcək...

Nahidə özünü toplayıb, Nahidi inandırmağa çalışırdı. Özü də bilirdi ki, dedikləri tam düz deyil. ÇünkiNahidin vəziyyəti doğrudan da çox ağırdır. Onu yalnız böyük bir möcüzə sağalda bilər. Amma Nahidə də özündə böyük güc tapmalı və hökmən Nahidi inandırmalıdr ki, o, ölümlə mübarizə aparsın. Axı, Nahidə tibb bacısı işlədiyi bu on beş illik bir dövrdə həqiqətən də son nəfəsini yaşayan xəstələrin necə sağaldığını görmüşdü. O, inanırdı ki, Nahid əgər istəsə bu xəstəliyə qalib gələ bilər. Nahid əlinin işarəsilə Nahidəyə deyirdi ki, "bu xına o xınadan deyil. Səndən xahiş eləyirəm son nəfəsimdə heç olmasa oğlum Nizamini gətir görüm”.

Bu vaxt Vahid həkim gəldi. O, ən çətin anlarında belə həmişəgülümsünürdü. Onun sifətindəki nur və həyatsevərlik xəstəyə bir inam verirdi. Həm də elə səmimi, sakit danışırdı ki, ən əsəbi adam belə ona qulaq asdıqca, sakitləşirdi.

-Hə, dostum Nahid. Artıq rəngin, rufun özünə gəlir. Mən bilirən ki, sən güclü adamsan. Tezliklə, bu xəstəliyə qalib gələcəksən. Bu gündən də sənə yalnız həyat yoldaşın Nahidə xanım qulluq edəcək. Bu xəstəliklə bağlı bizə təzə dərmanlar da gətiriblər. Ölkə başçısının da bu xəstəliklə bağlı nəzarəti çox yüksəkdir. Deməli, hər şey yaxşı olacaq. Bircə iki-üç gün özün də dözməli və xəstəliklə mübarizə aparmalısan. Ona heç cürətəslim olmamalısan.

O, bir daha xəstənin hərarətini yoxladı. Hərarət heç cürə aşağı düşmürdü. Həttabir qədər də qalxmışdı. Nahidəyə tapşırdı ki, virus əlehinə, təngənəfəslik əlehinə və immuniteti qaldıran dərmanları Nahidə vursun. Nahidə, tez dərmanları hazırladı və Nahidə vurdu. Nahidə, özü də görürdü ki, Nahidin vəziyyəti əvvəlkindən daha da pisdir... Deməli, ümid yalnızAllaha qalmışdı...

Beləliklə, Nahidə bütün günü Nahidin yanında olur, hətta gecələr də yatmırdı ki, Nahid onun diqqətiini görsün. Onu yanında hiss eləsin. Məhəbbətini bir daha görsün. Nahidə hər gecə ən azından iki saat Böyük Tanrıya ibadət eləyirdi. Ondan öz Nahidinə imdad diləyirdi. Nahidə hər gün Nahidin və özünün yazdığı şeirləri məlahətli səsilə ona söyləyirdi. Çünki ailə qurduqları bu beş il müddətində Nahid həmişə ondan xahiş eləyirdi ki, şeir desin. Axı Nahidənin doğrudan da çox melodik və insanın daxilini tərpədə bilən, ona qida verənsəsi vardı. Həm də Nahidənin aktyorlara məxsus yüksək peşəkarlıqla dediyi şeirlərə qulaq asan hər bir adam doğrudan da feyziyab olurdu... Ruhən dincəlirdi...

Axı elə Nahid ədəbiyyat dərnəyində Nahidənin şeir deməsinə vurulmuşdu. Yəqin bu vurğunluq da sonra məhəbbətə çevrilmişdi...

Doğrudan da "xoş söz insana bəzən dərmandan da daha yaxşı və xeyirli olur”. Ataların dediyi bu sözlər Nahidin timsalında yavaş-yavaş özünüdoğruldurdu. Doğrudan da az bir vaxtda möcüzə baş verirdi. Onun hərarəti yavaş-yavaş aşağı düşür, nəfəs alması yaxşılaşırdı. Hətta Nahidə gecələr yatmayıb, həyat yoldaşına qullu eləyəndə koronavirusa aid bir şeir də yazmışdı. Özünün həzin, melodik səsilə bu şeirin elə ilk qaralamasını da Nahidə oxudu.

-Nahid, əzizm, canım axşam koronavirusa aid bir şeir həsr eləmişəm. Belə adlanır. "Yetər korona, yetər”. Elə-belə qaralamadı. İstəyirəm sən qulaq asasan.

Nahid əl hərəkətilə oxu dedi.

-Başımızın üstündən,

Get, get ey qara bulud.

Əsmə yellər, bir dayan,

Səfərbər ol ey xalqım,

Koronaya yox deyək.

Evdə qalaq, bir olaq.

Gəlməsin bizə kədər,

Bürüməsin bizi qəhər.

Yetər korona yetər.

Alma candan canları,

Tanrı qoruyanları.

Ağlatma əzizləri,

Qəlbi döyünənləri.

Sevilib, sevənləri,

Arzuyla diləkləri.

Ömür payı sənlik deyil,

Sən etdiyin şənlik deyil.

Bu dünya sənlik deyil,

Yetər korona, yetər!..

 

Nahidə, özünün həzin səsilə bu şeiri oxuyanda Nahid yenə də ağlayırdı. Amma özü də bilirdi ki, bu şeir yenidən işlənməlidi. Ona görə də əl hərəkətlərilə Nahidəyə deyirdi: " Allah qoysa sağalım, bu şeiri yenidən birlikdə işləyərik. Bu, təkcə şeir yox, böyük bir poema olar. Ora mənim xəstə olmağımı və sənin məhəbbətinlə, diqqətinlə necə günü-gündən sağalmağımı da əlavə edərik”.

-Hə, mənim Nahidim. Biz bunu birlikdə işləyərəik. Və adını da belə qoyarıq. "Koronaya qalib gələn məhəbbət”.

Nahidin günü-gündən yaxşılaşması, təkcə Vahid həkimi, Nahidəni yox, bütövlükdə xəstəxanada çalışanları sevindirirdi. Deməli, onların birgə səyi nəticəsində, bir xəstəni də onlar ölümün pəncəsindən almışdılar. Bu vaxt Vahid həkimin yadına Hippokratın bir fikri düşdü: "Xəstəyə dərmandan daha çox həkimin diqqəti, xoş sözləri lazımdır. Xəstə bu diqqəti görəndə, xoş sözləri eşidəndə onun öz orqanizmi, özlüyündə xəstəliyə qalib gəlir və əsl möcüzə baş verir. Bu sirri hər bir həkim, elə möcüzə kimi də qəbul eləməlidir”.

... Beləliklə, Nahid tezliklə sağaldı. Onu nəfəs aparatından ayırdılar.O, artıq yavaş-yavaş danışırdı. Nahidə artıq ölüm riskinin arxada qaldığını görəndə hönkür-hönkür ağlayır, Ulu Tanrının bu möcüzəsinə sevinir və Vahid həkimə ürəyində olan bütün xoş sözləri deyirdi.

-Ey Böyük Tarı. Mən, həyatımın ən ağır anlarında həmişə sənə tapınmışam. Həmişə Səndən pənah diləmişəm. Çox şükür ki, Sən yenə də mənim dualarımı eşitdin. Mənim Nahidimi yaşatdın. Mən ömürlük Sənin qulunam. Yəqin ki, bu dəhşətli xəstəlikdən sonra axır ki, insanlar ayılacaq və Sənin yaratdığın bu gözəl təbiətin düşməni olmayacaqlar. İnsanlar yəqin ki, dərk eləyəcəklər ki, bu yeri, göyü yaradan bir böyük Qüvvə var. Hamı həmin Qüvvənin varlığını dərk eləməlidir. Yəqin bundan sonra insanlar arasında xoş münasibətlər olacaq. Yəqin Yer kürrəsində müharibələrə də son qoyulacaq. Qansız, qəddar adamların da ürəyində bir mehr yaranacaq. Adamlar həyatın, yaşamağın necə gözəl olduğunu, Yer kürrəsinin gözəlliyini, cənnət olduğunu dərk eləyəcəklər... Axır ki, dərk eləyəcəklər!.. Əgər dərk eləməsələr, onda bu gözəl planeti məhv eləyəcəklər... Axı ola bilər ki, bu şeytan xislətli adamlar, koronavirusdan sonra dahabaşqa xəstəlikləri ortya atabilərlər. Deməli, xeyirxah xislətli insanlar birləşməlidirlər ki, onlara qarşı mübarizə apara bilsinlər. Mübarizə aparabilsinlər!..

 

Qusarşəhəri.

10-13 may, 2020- ci il

 


скачать dle 12.1

Şərhlər