SON DƏQİQƏ

SƏNİ İTİRMƏKDƏN YAMAN QORXURAM.

Tarix:

7-10-2019, 09:02

/ 2 269 dəfə oxundu.
SƏNİ İTİRMƏKDƏN YAMAN QORXURAM.

 

Müəllif.M.Duyğulu.

Deyirlər müxtəlif olur qorxular,
Hərənin qorxduğu bircə yeri var,
Mənim qorxularım nə boran nə qar.
Düşünsəm yuxuma qatılır haram,
Səni itirməkdən yaman qorxuram.

Xəyalı gələn tək, buz olur canım,
Donur damarımda bir anlıq qanım.
Zülmətə çevrilir o an dörd yanım,
Ürək dözmür olur lap param-param,
Səni itirməkdən yaman qorxuram.

Oluram quzunu qurd yeyən kimi,
Göylərdən yerlərə hey dəyən kimi,
Körpə od- alova "cız" deyən kimi,
İstərəm qolumu boynunu saram,
Səni itirməkdən yaman qorxuram.

Səni öz yanımda saxlayım deyə,
Razıyam fələyə boyun əyməyə.
Bilmirəm əzizim, bilmirəm niyə,
Dayanır ürəyim hey aram-aram,
Səni itirməkdən yaman qorxuram.

Ağırdır bu hissin belə yuxusu,
Getməyib üstümdən həsrət qoxusu,
Bəlkə də canımda qalıb qorxusu,
Onunçün aramsız qövr edir yaram,
Səni itirməkdən yaman qorxuram.

Tanrıya üz tutub, mən dönə-dönə,
Səninlə bir ömür istərəm yenə.
Hər gün yalvarmaqdan ömürə, günə,
Qalmıram, neyləyim başqa yox çaram,
Səni itirməkdən yaman qorxuram.
Səni itirməkdən yaman qorxuram.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ