SON DƏQİQƏ

Azərbaycan

Tarix:

31-07-2019, 19:17

/ 1 611 dəfə oxundu.
Azərbaycan

Mətanət Duyğulu

Pərən düşüb övladların
Yağmalanıb dövlət, varın.
Tukəndimi düz ilqarın?
Əsir düşüb canından can
Səbr eyləmə, Azərbaycan.

Şuşa, Laçın böyük balan,
Başdan-başa olub talan
Kəlbəcərdir əsir qalan
Viranədir, oduna yan
Səbr eyləmə, Azərbaycan.

Ağdam tutub qara yası,
Qana boyanıb libası.
Yıxılıb ana dünyası,
Mürgüləmə, qəflət oyan
Səbr eyləmə, Azərbaycan.

Naxçıvanın kiçik balan,
Tejgar tənha, çəkir nalan.
Kömək elə, fırlan,dolan,
Dolmadımı səbir kasan?
Səbr eyləmə, Azərbaycan

Alınıbıdır qalaların,
Qurudumu göz yaşların?
Haray çəkib balaların,
Səsləyirlər: Gəl, ana can,
Səbr eyləmə, Azərbaycan.

Duyğuluyam, sərt dənizəm,
Şerim oxdur, qələm nizəm.
Vətənimdə vətənsizəm,
Hamı deyir səbr et, dayan,
Səbr eləmə, Azərbaycan.
29.07.2016.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ