Oyan türk oğlu , oyan !

Sərvər MƏSUM

Bir haray sal bozkırlara,
Ayrı düşən yurdu ara,
Vətən olub para - para,
Dayan türk oğlu , dayan !
Oyan türk oğlu , oyan !

Nə yatmısan , daha bəsdi,
Üstündən çox yellər əsdi,
Bu qeybdən gələn səsdi,
Oyan türk oğlu , oyan !
Oyan türk oölu , oyan !

Uzaq durma zamanından,
Torpaq yoğur öz qaından,
Öz ruhunu öz canından,
Soyan türk oğlu , oyan !
Oyan türk oğlu , oyan !

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]