SON DƏQİQƏ

KƏRKÜK

Tarix:

15-04-2019, 20:44

/ 10 517 dəfə oxundu.
KƏRKÜK

Sərvər MƏSUM

Təbriz , Bakı qədər əzizsən mənə
Qurbanam mən sənin boyuna Kərkük.
Anamız , atamız , babamız birdi
Bağlıyıq Oğuzun soyuna Kərkük.

İllərdi başında dolaşıb bəla,
Türkmən qardaşlara olmusan qala,
Neçə əsrləri vermisən yola,
Düşmüsən qəfildən oyuna Kərkük.

Mosulla , Ərbillə sən ver ələlə,
Azadlıq , istiqlal öndədir hələ,
Gələcəm əlimdə bir dəstə lalə,
Sənin bayramına , toyuna Kərkük.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ