SON DƏQİQƏ

Yaxşılara yaxşı dedin

Tarix:

12-03-2019, 16:23

/ 10 654 dəfə oxundu.
Yaxşılara yaxşı dedin

 

 

Sağlığında qiymətini alan ustad,

Səni çox-çox sınaqlara çəkdi həyat.

Baş əymədin özgələrə, sən heç bir vaxt,

Yaxşılara, yaxşı dedin,

Yamanlara, yaman dedin.

 

Ana oldu Vətən sənə, Xızı sənə,

Çox gördülər torpağında yazı sənə.

Bəs eylədi bu dünyanın azı sənə,

Tülkü dedin tülkülərə,

Aslan dedin aslanlara.

 

Sən Müşfiqdən, Cabbarlıdan öyüd aldın,

Sən meylini uca-uca dağa saldın.

Sən özün də zirvə kimi çox ucaldın,

Təzələrə təzə dedin,

Köhnələrə köhnə dedin.

 

Durdun haqqın-ədalətin keşiyində,

Layla dedin neçə sözə beşiyində.

Bir şah oldun öz evində-eşiyində,

Alçaqlara dağ demədin,

Səhralara bağ demədin,

 

Nə dedinsə üzə dedin, düzgün dedin,

Əlinizi nakişidən üzün dedin.

Hər bir zaman özün oldun, özün dedin,

Ağ olana ağ da dedin,

Qaralara qara dedin.

 

Ey insanlar qulaq asın Rəsmiyyəyə,

Dağlı qızı söz söyləyir bax, hərəyə.

Ustad, söylə bu dünyada susum, niyə?

Sən qorxmadın, söz söylədin,

Nə dedinsə düz söylədin.

 

Yaxşılara yaxşı dedinRəsmiyyə HEYBƏTAĞAQIZI

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ