SON DƏQİQƏ

OVUNMUR....

Tarix:

11-02-2019, 23:40

/ 10 572 dəfə oxundu.
OVUNMUR....

Sərvər Məsum

Ürəyimi sönməyən şam elədim
Nur payladım hər bir evə yaşadım.
Vücudumu bayrağına bələdim
Bu vətəni sevə - sevə yaşadım.

 

İNSAN

Sənə bir söz deyim , bilmirsənsə bil ,
İnsan bu dünyada əbədi deyil ,
Yaxşı-pis yaşayır əlli il , yüz il ,
Əlləşir , çalışır , gələndə zaman ,
Çəkib öz köçünü gedir dünyadan.

Bu dünya belədi alır havanı ,
Bir anın içində yıxır yuvanı ,
Başlayar nahaqqın , haqqın divanı,
Fərqi yox ağıllı , ya pullu adam,
Çəkib öz köçünü gedir dünyadan.

Sirrini hamıdan gizləyir fələk ,
Fələk xəlbirində ələyir fələk ,
Sonunda kəfənə bələyir fələk ,
Azacıq ömrünə insan doymadan,
Çəkib öz köçünü gedir dünyadan.
OVUNMUR....

Gözləyirəm qələbədən yox soraq,
Neçə ildi haray çəkir Qarabağ,
Sinəmizə çalın-çarpaz çəkir dağ,
Tapdaq altda qalıb yurdum , ovunmur....

Qarabağ içimdən qırılan teldi ,
İşğalda inləyən obadı , eldi ,
Hücuma hücuma gör neçə ildi ,
Yerində dayanmır , ordum , ovunmur....

Nə vaxtdı ayrıdı Təbrizdən Kərkük ,
İrəvan , Borçalı içimizdə yük ,
Yurdundan illərdi perik düşüb türk ,
Ulayır dağlarda qurdum , ovunmur...

 

 
 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ