SON DƏQİQƏ

AYRI QALDI BU TORPAĞIM , DAŞIM HEY

Tarix:

18-01-2019, 13:19

/ 10 721 dəfə oxundu.
AYRI QALDI BU TORPAĞIM , DAŞIM HEY

Sərvər Məsum

Vətən , səni Araz boyu izlədim ,
Həsrətini ürəyimdə gizlədim ,
Gah Bakıda , gah Təbrizdə gözlədim ,
Ömür bitdi , sona çatdı yaşım hey....
Ayrı qaldı bu torpağım , daşım hey....

İşğal oldu , artdı qəmim , zillətim ,
Yurd dağıldı , pərən düşdü millətim ,
Vətən dedim , millət dedim inlədim ,
Qar-borandan ayılmadı başım hey...
Ayrı qaldı bu torpağm , daşım hey...

Tapdalandı İrəvanım , Dərbəndim ,
Düşmənlərin əlindədi çox kəndim ,
Bir başımdı iki əldi əfəndim ,
Şirin ikən zəhər oldu aşım hey...
Ayrı qaldı bu torpağım , daşım hey...

Bozkırları gül-çiçəklə süslədim ,
Millətimə bir bütövlük istədim ,
Tanrı dağdan Ağrı dağı səslədim ,
Qurumadı mənim bu göz yaşım hey...
Ayrı qaldı bu torpağım , daşım hey...

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ