SON DƏQİQƏ

ANDIM...

Tarix:

14-01-2019, 17:37

/ 10 583 dəfə oxundu.
ANDIM...

Sərvər Məsum

Bu geçə yuxumda Kərkükü gördüm,
Kərkükün üstünü çox bürkü gördüm,
Kərkükdə ümidsiz min türkü gördüm,
Baxıb millətimin oduna yandım...
Bəs nə vaxt gələcək yerinə andım...

Gördüm qan içində Göyçə , İrəvan,
Şuşanın köksündən qan süzülür , qan,
Xocalı deyəndə can üzülür , can,
Özümü bu yerdə çox aciz sandım...
Bəs nə vaxt gələcək yerinə andım...

Niyə uzaq düşdü Tiflis , Borçalı,
İllərdi düzəlmir vətənin halı ,
Millətin yerində millət olmalı...
Dərdlərin içində bitdim , usandım...
Bəs nə vaxt gələcək yerinə andım....

Unuda bilmirəm qədimTəbrizi ,
Yenə də səsləyir qoynuna bizi ,
Silinməz könlümdən Babəkin izi ,
Şah babam gələcək , O'na inandım....
O zaman gələcək yerinə andım....

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ