SON DƏQİQƏ

DİLİMİZDƏ YAD KƏLMƏLƏR

Tarix:

14-01-2019, 16:55

/ 10 960 dəfə oxundu.
DİLİMİZDƏ YAD KƏLMƏLƏR

Rauf Ilyasoğlu

ANA TORPAQ

Yurda ana torpaq deyib dahilər,

İlk qədəm atırıq biz bu torpağa.

Dövranı sürürük belədən - belə,

Enirik arana, gah da ki, dağa.

 

Anatək ovudar o qara torpaq,

Sonra da əbədi qoynuna alar.

Bu yer də, o göy də Yaradanındır,

Bəs fani dünyadan bizə nə qalar?

 

Bərəkət bəxş edər o sirli torpaq,

Ana da, torpaq da əzizdir mənə.

Nə üçün deyirik biz "ana torpaq",

Bizə də qoynunda yer verər yenə.

 

O ana torpağa nankor çıxanı,

Bilin ki, torpaq da qəbul etməyir.

Ananın, torpağın qədrin bilənin,

Xeyirxah əməli heç vaxt itməyir.

 

Ana körpəsinə sinəsin açıb,

Süd verib böyüdür qönçə balasın.

Əkdiyin toxumu torpaq cücərdir,

Düşməndən qoruyaq vətən qalasın.

 

Dünyasın dəyişən doğma da, yad da,

Canlı da, cansız da güc alar ondan.

Qoynunu gen açır o ana torpaq,

Raufa əzizdir ən gözəl candan.

 

20 YANVAR ŞƏHİDLƏRİNƏ

 

Güllə yağırdı evlərdə, küçələrdə, bağçalarda,

Qan içinə boyanmışdı xonçalar da, xalçalar da.

 

Yerdə qalıb çabalayan bədənsiz o qol, əl, qılça,

Saralmış o cəsədlər də qalaq-qalaq, parça-parça.

 

Göydən zülm ələnirdi, yerdən alov-od çıxırdı,

Şəhidlərin naləsindən şimşəklər də hey çaxırdı.

 

Paralandı qocalar da, cavanlar da şaqqa-şaqqa,

Törətdilər ermənilər bir faciə, gör nə hoqqa?

 

Qərənfillər dilə gəlib fəryad edirdi o anlar,

Qarışmışdı yağan qara, al qırmızı qara qanlar.

 

Qorxmaz, igid şəhidlərim çəkmədi bir dəfə də ah,

Kimlər idi cinayəti törədənlər, aman Allah!

 

Vəhşiləşmiş rus ordusu susamışdı türk qanına,

Qorbaçovlar, Bakatinlər qıydı xalqımın canına.

 

Unutmayın o gecəni, şəhidləri görən şahid,

Xalqın qürur mənbəyidir, anılacaq hər bir şəhid.

 

Şəhidlərim yaşayacaq, qəlbimizdə solmayacaq,

İnanın ki, günahkarlar heç cəzasız qalmayacaq.

 

BAYRAĞIMIZ KİRS DAĞINDA UCALA

 

Laylay dünyan, Ağdam sənə qovuşar,

Dərdli qəlbin intizardan sovuşar,

Arzuların çiçək açar, yovuşar,

Elim, obam Xocalıya yol sala,

Bayrağımız Kirs dağında ucala,

 

İlham aldım qəlb ovudan sözündən,

Nəğmə qoşsam, güc alaram özündən,

Şəfəq yağır baxışından, üzündən,

Elim, obam, Kəlbəcərə yol sala,

Bayrağımız Dəlidağda ucala.

 

Ömür ötür, saç ağarır, gün keçir,

Xoş arzular, qəlbimizi yurd seçir,

El həsrətli ürəyimiz qəm içir

Elim, obam, Qubadlıya yol sala,

Bayrağımız Kirs dağında ucala.

 

Füzulimiz dərd əlindən alına,

Cəbrayılda nur ocağı qalana,

Qarabağda bir vağzalı çalına,

Elim, obam Laçınıma yol sala,

Bayrağımız Kirs dağında ucala.

 

Xankəndim də keçdi yağı əlinə,

Göz yaşları döndü bir qan selinə,

Dağ basdılar baldan şirin dilinə,

Elim, obam, Zəngilana yol sala,

Bayrağımız Kirs dağında ucala.

 

Qədirbilən dost yolunda yanaram,

Mərd oğulu ürəyimdə anaram,

Vətənimi darda arxa sanaram,

Elim, obam, Zəngəzura yol sala,

BayrağımızAğrı dağda ucala.

 

Vətən qəmin car edəndə cahana,

Xain düşmən kaş alışa, kaş yana,

Rauf, dönə fərəh yaşın ümmana,

Elim, obam, Şuşamıza yol sala,

Bayrağımız Kirs dağında ucala.

 

DİLİMİZDƏ YAD KƏLMƏLƏR

 

Azərbaycanın xalq yazıçısı, akademik, vətənpərvər ziyalı Mirzə İbrahimovun əziz xatirəsinə

 

Dilimizi kim korlayır, bəlkə yadlar,

Fikir verin, işlədirik belə adlar.

 

Şovinistlər, optimistlər, alpinistlər,

Anarxistlər, pantürkistlər, realistlər.

Pionist də, artist, matros, terrorist də,

Çekist, nasist, matorist də, kommunist də.

 

Materialist, idealist, inturist də,

Faşist, solist, sosialist, maşinist də.

 

Sadalasam neçə-neçə yad kəlmələr,

Daxil olub qədim Ana dilimizə.

 

Darvazamdan aşıb artan bu kəlmələr,

Qarışıbdı bağça-bağda gülümüzə.

 

Tariximi kimlər yazır, araşdırın!

Alimləri bir-biriylə barışdırın!

 

Bu yad sözlər qarışıbdı dillərimə,

Yayılıbdı o doğmaca ellərimə.

 

Ay dilbilməz dilçilərim, ayılın siz!

Heç olmasa xalq içində sayılın, siz!

 

İki kəlmə ana dilin bilməyənlər,

Vəzifədə öz dilini görməyənlər.

 

Kürsülərdə öz dilini qarışdıran,

Neçə dili bir-birinə alışdıran.

 

Məclislərdə dili topuq çalanlara,

"Papa" canı deyib çəpik çalanlara.

 

Kimsə demir bir kəlmə də, qanmazlara,

Millətinə qənim çıxan yanmazlara.

 

Dil qarışdı, qan qarışdı, eyni şeydir,

Döl qarışdı, yan daraşdı, eyni şeydir.

 

Əsas odur qeyrət olsun, təpər olsun,

Hər vətəndaş öz dilini bərk qorusun.

 

Hörmət edib Ana dilin uca tutsan,

Özgələr də hörmət edər sən yatmasan.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ