SON DƏQİQƏ

YORULDUM...

Tarix:

2-12-2018, 09:41

/ 10 897 dəfə oxundu.
YORULDUM...

Sərvər Məsum

Dərdim göz yaşından bir göl yaratdı
Göz yaşın içimə tökdüm , yoruldum.
Çəkdiyim çilələr artdıqca artdı
Dərdlərin altında çökdüm , yoruldum.

 

Qəddimi düzəldib sütun eylədim ,
Nə etdim hamısın bütün eylədim,
Ömrümü bir büküm tütün eylədim,
Bir parça kağıza bükdüm , yoruldum.

 

Kasıba bir tikə çörək qalmadı,
Daha yaşamağa gərək qalmadı,
Əridi bu canda ürək qalmadı,
Özümü dağıtdım, sökdüm , yoruldum.

 

VƏTƏN

Heç zaman azalmır ehtibarlığın
Bu ovan , oylağın dənizdir mənə.
Ruh verir canıma sənin varlığın
İnan ki , canımdan əzizsən mənə.

 

Əbədi məşəlsən , sönməz ocaqsan
Könlümü isidən isti qucaqsan
Nə qədər dünya var , var olacaqsan
Atadan , babadan bir izsən mənə.

 

O GÜN

 

O gün 
ürəyimə 
söz vermişdim
əl açmışdım göyə.
O gün
Sizin çəpərin
dibinə gəlmişdim...
Səni görərəm deyə.
Rüzgara qoşulub 
qumral saçlarını
hörərəm deyə...
O gün 
çox kövrəlmişdim...
Ağaclar da kövrəkdi ,
Daşlar da...
Hətta rüzgar da...
O gün
düşündüm ki səninlə 
dərdimi bölərəm deyə.
Səni çiçəklərin içində aradım
Səni ləçəklərin içində aradım.
Yarpaqların arasında ,
Lalələrin qarasında 
Nərgiz gülünün sarısında ,
Və sonra ürəyimin
yarısında aradım.
Tapdım səni.
Gözünü seyr etdim...
Özünü ürəyimə bükdüm...
Yaxşı ki sənə içimdə
bir ev tikdim
Sizin çəpərin dibində...

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ