SON DƏQİQƏ

VƏTƏN SAĞ OLSUN

Tarix:

6-11-2018, 17:14

/ 11 349 dəfə oxundu.
VƏTƏN SAĞ OLSUN

 

Azərbaycanın Milli Qəhrəmanı

Mübariz İbrahimovun əziz xatirəsinə

 

Bir körpə dil açaraq Biləsuvar elində,

Oddan-alovdan keçib böyüdü at belində.

Çinar tək boy ataraq igid pəhləvan oldu,

Fərəhdən atasının gözü sevinclə doldu.

İdman yarışlarından qayıdırdı üzü ağ,

Onu görən deyirdi, arxamızdı, gəlir dağ.

Çempion olan vaxtı dostları sevinirdi,

Ana, üzərlik yandır, bacısı söylənirdi.

Göz dəyməsin xalqımın qəhrəman övladına,

Allah yetsin mərdlərin həmişə imdadına.

Könüllü xidmət etdi, sərhəd bölgələrində,

Gözləyirdi səngərdə, kəndin döngələrində.

Azğınlaşmış erməni bizə pusqu qururdu,

Türkü arxadan vurub, üzlərinə dururdu.

Mübariz haqsızlığa dözə bilmədi, əlbət,

Düşmənin qarşısında sinəsi sipər, həm sədd.

Məktub yazdı "ay ana məndən qalma nigaran,

Vətən sağ olsun" - dedi, göynəsə də qəlb yaran.

Əgər mən qayıtmasam, məni bağışla, ana!

Görən ana dərdindən alovlanıb kim yanar?

Xeyir-dua alaraq anasından Mübariz,

Ona tanış gəlirdi, işğalda qalan hər iz.

Cəsur kəşfiyyatçıtək irəliyə şığıdı,

Kolda - kosda gizlənən goreşən, bic - dığadır.

Vətəni qoruyaraq düşmənin cəbhəsinə,

Vəlvələ salıb çökdü mənfurun sinəsinə,

Xeyli quldur qıraraq qisas aldı həmin an,

Düşmənlər çaşqın qalıb, deyirdilər: «Ay aman,

Bunu Allah göndərib bəlkə bizi qırmağa?»

Diri tutaraq onu tez keçirin qarmağa!

Qırıb, çapdı düşməni, şəhid oldu qəhrəman.

Hər an anılacaqdır keçdikcə zaman-zaman,

Yağılar əsirdilər igidin nərəsiylə,

O, düşmən gülləsini susdurdu sinəsiylə.

Cəsədindən qorxurdu ermənilər həmin an,

Görün neçə saqqallı yerdə gəbərib, haman!

Ağır seyid övladı düşmənlə cihad etdi,

Bir günəştək saçaraq dünyadan rahat getdi.

Baş Komandanım ona Qəhrəman adı verdi,

Mübariz uyuyan yer əbədi cənnət yerdi.

Tarixə qəhrəmantək, şərəflə yazdı adın,

Əbədi yaşayacaq mübariz tək soyadın.

 

(Bu şeir 2011-ci ildə dərs vəsaiti kimi IV sinif “Azərbaycan dili” (sinifdənxaric Oxu) kitabına salınmışdır

VƏTƏN SAĞ OLSUNRauf İLYASOĞLU

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ