Milli-mənəvi dəyərlərə sadiq qalan əsər

“Azərkitab-Kitab Təbliğatı Mərkəzi”ndə yazıçı, publisist Seymur Şeydayevin “ Bitməmiş son” kitabının təqdimat mərasimi keçirilib.Kitaba yazıçının “Bitməmiş son” povesti,"Uduş", "Bir yeşik alma",  "Fil Tahir və ya bir balon çaxır" hekayələri daxil edilib.

Təqtimat mərasimində kitabsevərlərlə yanaşı,müasir Azərbaycan ədəbiyyatının ən çox oxunan nasir və şairləri iştirak edib.

Tədbirin aparıcısı tanınmış telejurnalist İlham Tumas Seymur Şeydayevin “Bitməmiş son” kitabı haqqında məlumat verərək, bu kitabın Azərbaycan oxucuları üçün böyük əhəmiyyət daşımasından danışıb.

“Azərkitab-Kitab Təbliğatı Mərkəzi”nin  layihə rəhbəri Mirisrafil Sabir Həsənov vurğulayıb  ki, bugünki təqdimat mərasimi az qala ədəbi hadisəyə çevrilib.Demək olar ki, kitab mərkəzi cəmiyyətin diqqət mərkəzindədir, kitaba dönməkdə əngəl olan problemlərin  həllində nümunə göstərməyə başlayıb. Layihə rəhbəri əminliklə bildirib ki, mövzusu real həyatdan götürülən belə səviyyəli əsərlərin vaxtaşırı müzakirəsi gənclərin intellektual səviyyəsinin yüksəlməsinə, mütaliə marağının artmasına yardımçı olacaq.

Vurğulanıb ki, Seymurun obrazları həyata münasibətlərinə və xarakterlərinə görə biri-birlərindən çox fərqlənir. Ancaq yazıçı bu obrazları çox ustalıqla, maraqlı təhkiyəylə  ayrı-ayrı fərdlər və şəxsiyyətlər kimi təqdim edə bilib.

Seymur sözə həssaslıqla yanaşıb, tərs-avand söz düzümüylə heyrət doğurmağa çalışmayıb. Koloritli,sadə,aydın dillə bənzərsiz insan mənzərələri yaradıb.

Seymur Şeydayev “Bitməmiş son” povestində olduğu kimi  hekayələrində dəhayət hadisələri ilə təbiət hadisələri arasında ciddi bağlılıq olduğunu inandırıcı bədii rənglərlə təsvir edib . Yazıçının ən böyük uğuru isə milli-mənəvi dəyərlərə sadiq qalmasıdır.

Tədbirdə  ziyalılar- professor Tahir Orucov, sabiq təhsil naziri Misir Mərdanov, nasirlərvə şairlər Əjdər Ol,Elçin Hüseynbəyli, Orxan Fikrətoğlu,Qulu Ağsəs, Baba Vəziroğlu ,İlqar Rəsul, Elçin Əlibəyli, tanınmış diktor ,yazıcı Rafiq Həşimov, Şəmil Sadiq , rejissor Şeyx Əbdül Mahmudbəyov kitabı yüksək dəyərləndiriblər.

Kitaba ön sözü Azərbaycan Milli Elmlər Akademiyasının Folklor institutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov yazıb, kitabın redaktoru Allahverdi Məmmədovdur.

Xatırladaq ki, Seymir Şeydayev vaxtaşırı respublika mətbuatında elmi – publisistik məqalələrlə çıxış edir. “Ulduz” jurnalında, “525-ci qəzet”, “Ekspress” qəzetlərində hekayə və şeirləri çap olunub. “Bitməmiş son” isə müəllifin ilk kitabıdır.

 

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]